Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə68/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   446
DERMATOLOGİYA-dərslik 1

Yaddaş! 
Lepromin sınağı makroorqanizmlərin cüzam törədicisinə nisbətən immunloji reak-
tivliyinin vəziyyəti ilə xarakterizə olunur. Pasiyentin M.leprae qarşı hüceyrə-vasitəçi im-
munitetini qiymətləndirməyə, cüzamın tipini təyin etməyə kömək edir, müəyyən proq-
nostik qiymətə malikdir və cüzam zamanı orqanizmin yoluxma əşyasına diaqnostik test 
deyil.
• 
Lepromatoz cüzamlı xəstələrdə lepromin testi həmişə mənfidir, bu, göstərilən 
tip cüzamda çoxlu miqdar mikobakteriyaların hüceyrə immunitetinə üzücü təsiri hesabı-
na M.leprae qarşı aşağı immunitetin olması ilə izah edilir. 
• 
Tuberkuloid cüzamlı xəstələrdə lepromin testi müsbətdir, bu, göstərilən tip cü-
zamda az miqdar mikobakteriyalarla əlaqədar, M.leprae qarşı yüksək immunitetin olma-
sı ilə izah edilir. 
• 
Müsbət lepromin testi bir çox sağlam, M.leprae yoluxmamış şəxslərdə qeyd 
olunur. Təqribən 95% insanlarda M.leprae qarşı genetik deterministik immun müdafiə 
mövcuddur.
• 
Sərhəd (demorf) və differensiasiya olunmayan cüzam zamanı lepromin testi 
müsbət olduğu kimi, həm də mənfi ola bilər.
• 
Lepromin testinin qiymətləndirilməsi eritemanın olmasını təyin etmək üçün 0,1 
ml leprominin əzələdaxili yeridildiyindən 48 saat sonra qiymətləndirilir – erkən reaksiya 
(Fernandez reaksiyası) və 3-4 həftədən sonra – papulanın olmasını təyin etmək üçün – 
gecikmiş reaksiya (Misud reaksiyası).
Cüzamın müxtəlif tiplərində dəridə və selikli qişalarda kliniki təzahürlər
Cüzamın tuberkuloid tipi (TC) sin. Tuberkuloid (TT-tuberculoid)
• 
nisbətən yüngül gediş
• 
zəif kontagiozluq
• 
müsbət lepromin sınağı
• 
M.leprae, bir qayda olaraq, tapılmır
• 
periferik sinir sisteminin prosesə erkən cəlb olunması
• 
dəri təzahürləri səpgi elementlərinin az sayı (1-10), böyük ölçüsü (diametri 5 
sm-dən böyük), aydın konturu, assimmetrikliyi, müalicəyə meylli olması ilə fərqlənir-
lər.
Lokalizasiya – bədən, sağrı, ətrafların bükücü səthi, üz, boyun.
Səpgi elementləri və onların təkamülü- hipopiqmentli və ya eritematoz ləkə, ay-
dın konturlu, böyük, müxtəlif formalı, bəzən halqavari, səthi çox vaxt skvamoz (pullu) 
olur. Papulalar xırda, yastı, poliqonal formalı, qırmızımtıl-göy rəngdə, tez birləşən aydın 
konturlu iri lövhəciklər, yastıqşəkilli azaciq qabarmış, dairəvi və ya polisiklik kənarlı, 


134
azacıq qabıqlanmış və ya hamar olmayan səthli (“şaqren”), periferik böyüməyə meylli 
olur. Sağalma prosesində lövhəciklərin mərkəzi hissəsi yastılaşır, qabıqlanır, hipopiq-
mentasiyalaşır, atrofiya olur, kənarlarında isə bir neçə millimetrdən 2-3 sm və daha çox 
enində eritematoz haşiyə əmələ gələrək, xarici kənarı bir qədər yüksəlmiş, daxili kənarı 
yastılanmış olur. Halqavari, “bordyur” elementləri müşahidə olunur – kiçik qəpik ölçü-
lü elementlərə qədər böyüklükdə - fiqurlu tuberkuloidlərlə bədənin müəyyən hissəsini 
tutur. Düyün və ya düyüncük (qabarcıq) şəklində sarkoid (lyupoid) tipli törəmələr 0,5 
– 1,5 sm, qırmızı-qonuru rəngdə, aydın sərhədli, hamar səthli, qruplaşmaya meyllidir. 
T-lepranın bütün elementlərinin reqressi nəticəsində hipopiqmentasiyalı ləkələr, bəzən 
də dəri atrofiyası qalır. Zədə ocaqlarında hissiyyat, piy və tər ifrazatı erkən pozulur, zərif 
tüklər tökülür.
LC – Cüzamın lepromatoz tipi sin. Lepromatoz (LC-Lepromatous)
• 
nisbətən ağır gediş
• 
yüksək kontagiozluq
• 
mənfi lepromin sınağı
• 
M.leprae çoxlu miqdarda tapılır
• 
periferik sinir sisteminin prosesə gec cəlb olunması
• 
selikli qişaların və daxili orqanların prosesə erkən cəlb olunması
• 
dəri təzahürləri səpgi elementlərinin çox sayı (10-100 və daha çox), 
kiçik ölçüsü (diametri 2 sm-dən az), aydın konturlu, simmetrikliyi ilə
fərqlənirlər.
Lokalizasiya – üz, ətrafların açıcı səthi, bədən, sağrı, burunun və ağız boşluğunun 
selikli qişası.
Səpgi elementləri və onların təkamülü - eritematoz-piqmentli ləkələr, böyük ölçülü, 
qeyri-dəqiq konturlu, hamar parlaq səthli, ilk əvvəl qırmızı rəng sonradan sarımtıl-qonur 
(paslı-mis) çalara keçir. Ləkənin hüdudlarında hissiyyat və tər ifrazı pozulmur. Ləkələr 
uzun müddət (ay, il) görünməyən dəyişikliksiz qalır, sonradan bəzi hallarda itir, çox 
vaxt isə infiltrat və ya lepromalara transformasiya edir. Məhdud və ya böyük ölçülü 
qeyri-aydın kənarlı lövhəciklər şəklində infiltratlar, dəri səthindən qalxmış, qonur-gö-
yümtül rəngdə, damarların parezi və hemosiderizmə səbəb olan, 
parlaq səthli, piy vəzilərinin artmış funksiyası hesabına “portağal 
qabığı” formasında olur. Üz dərisinin diffuz infiltrasiyası zamanı 
təbii qırışlar və büküşlər dərinləşir, qaşüstü qövslər kəskin önə 
çıxmış olur, burun qalınlaşır, yanaqlar, dodaqlar və çənə bölgülü 
şəkil alır, facies leonina əmələ gəlir. İnfiltratlar başın tüklü hissə-
sində, qoltuqaltı çuxurlarda, dirsək və diz batıqlarında – immun 
zonalarda inkişaf etmir. 
İnfiltratların ətrafında çox vaxt tək-tək və ya çoxlu sayda, 1-2 
mm-dən 2-3 sm-ə qədər ölçüdə, yarımşarşəkilli, qırmızımtıl-na-
rıncı və ya normal dəri rəngində, ağrısız, hamar səthli, gərgin, 
parıltılı, çox vaxt teleangiektoziyalarla dolu, bəzən qabıqlanan, 
əvvəlcə bərk, sonradan yumşaq konsistensiyalı leproma düyün-
cükləri (qabarcıqlar) və düyünləri olurlar. Sağalma prosesində 
Şək.9.3.Müsbət
lepromin sınağı


135
lepromalar ikincili piqment ləkələr əmələ gətirməklə yastılanır 
və ya səthi, ləng gedişli, uzun müddət sağalmayan xoralar əmələ 
gətirir, ya da genişlənmiş xoralı səthi, infiltrasiyalı kənarları yük-
səlmiş, hipoxrom çökəkliklər və ya keloid çapıqlarla sağalır. 
Prosesin erkən mərhələlərində infiltrat və lepromaların hü-
dudunda tər ifrazı azalır, hissiyyat saxlanılır, zərif tüklərin in-
kişafı pozulmur; prosesin davametmə müddəti 3-5 il və daha 
çox olduqda tər ifrazı tamamilə dayanır, hissiyyat azalır, qaşların 
lateral hissə ilə (medaroz), kiprik və zərif tüklərin tökülməsi mü-
şahidə edilir.
Praktik olaraq həmişə burunun selikli qişası zədələnir, hiperemiyalı, ödemli, çoxlu 
miqdar kiçik eroziyalara keçir (lepromatoz rinit). Sonradan burundan nəfəs almanı çətin-
ləşdirən lepromalar və infiltratlar əmələ gəlir, selikli qişanın atrofiyası yaranır. Leproma-
ların dağılması zamanı burunun qığırdaq arakəsməsinin perforasiyası və burunun “yastı 
basılmış”, “xortumabənzər”, “lornetəbənzər”, “buldoq burun” tipdə deformasiyası baş 
verə bilər. Ağır hallarda yumşaq və sərt damaq, qırtlaq, dilin selikli qişası, dodağın qır-
mızı haşiyəsi zədələnir. Səs tellərinin zədələnməsi səsin tutulması ilə (afoniya) müşayiət 
olunur və səs yarığının birdən daralmasına səbəb olur.
Dırnaq lövhəcikləri zədələnir – tutqun, bozumtul rəngli, uzununa və eninə kəsilmiş 
şırımlar, qalınlaşmış və ya kövrək, asanlıqla laylanan, ovulan olurlar.
LC –ın növləri 
• 
silinmiş – tək-tək ləkələr, infiltratlar, lepromalar, zərif tük follikullarının dövrə-
sində əmələ gələn çox xırda follikulyar lepromalar şəklində.
• 
atipik – ixtiozabənzər, sklerodermaşəkilli, pellaqroid, erizipeloid, lixenoid, her-
pesəbənzər, histoid cüzam, Lyuçio cüzamı.
Histoid cüzam – L-cüzamın atipik klinik və histoloji variantıdır; bərk eritematoz, 
bəzən xoralaşmış, morfoloji substratları çoxlu miqdarda M.leprae tərkibli milşəkilli his-
tosidlər olan düyün və lövhəciklərlə xarakterizə olunur.
Lyuçio cüzamı sin. Lyuçio-Alvarado cüzamı – diffuz lepromatoz cüzam, Lyuçio-La-
tapinin diffuz cüzamı, bütün dəri örtüyünün ləkəsiz, lövhəciksiz və lepromasız diffuz 
parlaq infiltrasiya ilə təzahür edən L-cüzamın atipik forması. Dəri sklerodermiyadakı 
kimi parıltılıdır, gərgindir; miksedemanın xatırladan ayabənzər üz, xırıltılı səs, ayaqların 
ödemi; tük örtüyü çox vaxt olmur, qaşların, kipriklərin tökülməsi qeyd olunur; gecikmiş 
mərhələlərdə ixtioz yaranır. Lyuçio cüzamı üçün vaskulit xarakterikdir, dəri damarları-
nın trombozu ilə müşayiət olunur və dərinin geniş xoralaşmasına gətirib çıxarır (Müqəd-
dəs Lazar xəstəliyi).
Şək.9.4.Cüzamın 
tuberkuloid tipi 
(halqaşəkilli hipopiq-
mentliəşmiş ocaqlar)
Şək.9.5.Cüzamın tuberkuloid tipi (fiqurlu tuberkuloid)


136
ST – Cüzamın sərhəd-tuberkuloid tipi (BT- Borderline tuberculoid) TC-nin təzahür-
lərini xatırladır, lakin bununla yanaşı
• 
elementlərin sayı çox olur.
• 
ölçüləri kiçik olur.
• 
zədə ocaqlarında hissiyyat, piy və tər ifrazı zəif nəzərə çarpır.
• 
lepromin sınağı müsbət (++) və ya zəif müsbət (+) olur
• 
M.leprae tapılmır.
SC- sərhəd cüzam (BB- Borderline borderline) TC və LC-ın əlamətlərini birləşdirir
• 
çoxsaylı eritematoz ləkələr, çox vaxt simmetrik, qeyri-dəqiq 
konturlu, reqress prosesində cüzamın polyar tipi üçün xarakterik olmayan element-
lərlə formalaşan qeyri-düzgün və nəlbəkiyəbənzər formalı lövhəciklər: möhürlənmiş 
formada və “deşikli pendir” tipli ləkələr, aydın konturlu reqress sahələri hesabına əmələ 
gəlmiş hipopiqmentləşmiş və ya normal dəri rəngli lövhəciklər; TC zamanı yastılanmış 
daxili kənardan fərqli olaraq, bordyur elementləri bənövşəyi rəngi və aydın qırıq daxili 
kənarları ilə seçilir 
• 
periferk sinir kələflərinin nisbi erkən asimmetrik zədələnməsi 
• 
zədə ocaqlarının hüdudlarında hissiyyatın orta pozulması 
• 
səpgilərdə tər ifrazı, adətən pozulmur 
• 
zərif tüklər qismən qalmış olur 
• 
lepromin sınağı, bir qayda olaraq, mənfidir 
• 
bakterioskopik tədqiqat zamanı M.leprae tapılması mümkündür
SL – cüzamın sərhəd-lepromatoz tipi (BL – Borderline lepromatous), LC-nin təza-
hürlərini xatırladır, lakin bununla yanaşı
• 
səpgilər o qədər də çox deyil 
• 
çox vaxt asimmetrik yerləşir 
• 
LCpapulalar və mərkəzi çökmüş lövhəciklər üçün qeyri-tipikmöhürlənmiş və 
zolaqşəkilli elementlər, daxili kənarı qalxmış bordyur elementlər qeyd olunur 
• 
LC üçün tipik olan qaş və kipriklərin tökülməsi, facies leonina, burunun selikli 
qişasının xoralaşması, burunun deformasiyası kimi təzahürlər meydana çıxmır 
Şək.9.6. Cüzamın lepromatoz tipi (facies leoпina, мedaroz)


137
• 
periferik sinir kələflərinin qalınlaşması tez aşkar olunur 
• 
zədə ocaqlarında hissiyyatın azalması (hiposteziya) nisbətən tez qeyd olunur 
• 
tər vəzilərinin funksiyası çox vaxt pozulmur 
• 
zərif tüklər qismən qalmış olur 
• 
leprominə reaksiya mənfidir 
• 
bakterioskopiya zamanı çoxlu miqdarda M.leprae tapılır
Cüzamın bütün tiplərində, daha çox lepromatoz tipində, daxili orqanlar zədələnir: 
qara ciyər, dalaq, böyrəküstü vəzi, xayalar; sümük sistemi: sümük lepromaları, qamış, 
dirsək və digər sümüklərin sümükləşdirici periostiti, əl və ayaq barmaqlarının distal fa-
lanqalarının mutilyasiyası; görmə orqanları: diffuz və ya düyüncüklü episklerit, leproz 
pannus (göz almasının konyuktivasından buynyz təbəqəyə doğru böyüyən damarların 
əmələ gəlməsi) – xarakter əlamətli keratit, damarların perikorneal inyeksiyası, işıq-
danqorxma, göz yaşarması, ağrılar və qüzehli qişada fibroz ekssudatın yığılması ilə 
müşayiət olunan irit, göz bəbəyinin kənarlarının bitişməsinə gətirib çıxarır, ikincili qla-
ukoma ilə nəticələnənir. Zülal mübadiləsinin pozulması nəticəsində visseral amiloido-
zun inkişafı mümkündür, buna həmçinin uzun müddət sağalmayan, ikincili infeksiya ilə 
ağırlaşmış trofik xoralar, xroniki osteomielitlər də səbəb ola bilər. 
Cüzam diaqnozu anamnez, xəstəliyin klinik, nevroloji və patomorfoloji şəkli, buru-
nun selikli qişasından yaxmaların mikroskopik tədqiqatların nəticələri əsasında qoyulur. 
PZR zədələnmiş toxumalarda M.leprae DNT-ni identifikasiya etməyə imkan verir.
Cüzamın müxtəlif tiplərində nevroloji təzahürlər
Cüzamın bütün tiplərində periferik sinir sistemi zədələnir
TC zamanı
Şək.9.7.Cüzamın lepromatoz tipi
Şək.9.8. Cüzamın sərhəd-tuberkuloid tipi
(Şək.9.9.Sərhədli cüzam(bordyur elementi


138
• 
erkən zədələnmə (bəzən dəri təzahürlərinə qədər),
• 
ağır gediş,
• 
asimmetrik xarakter daşıyır. 
LC zamanı
• 
gecikmiş zədələnmə,
• 
nisbətən yüngül gediş,
• 
simmetrik xarakter daşıyır.
Zədə ocaqlarında sinir ucları zədələnir, dərinin sinir şaxələri və periferik sinir siste-
minin sinir kələfləri zədələnir. M.leprae üçün daha zəif
kondilusun orta nahiyəsi və biləkdə dirsək siniri,
bilək nahiyəsində orta sinir,
biləkdə və dirsəkdən yuxarı mil siniri,
bükücü bəndlərdə arxa qamış siniri,
incik sümüyünün boynunun büküldüyü yerdə dizaltı sinir,
yuxarı çənənin almacıq sümüyünün kəsişdiyi sahədə üz siniri,
döş-körpücük-məməyəbənzər əzələnin böyük qulaq siniri kəsiş-
diyi yer.
Cüzam zamanı periferk sinir sisteminin zədələnməsi təzahürləri 
aşağıdakılardır: 
Sinirlərin qalınlaşması
TC zamanı, bəzən ST-, SC
• 
dəri zədələnmələrinin yaxınlığında
• 
sinir kələflərinin palpasiyası zamanı ağrılı, bərk, milşə-
killi qalınlaşması LC, SL zamanı
• 
zədə ocağı ilə əlaqəsi vacib deyil, çox vaxt arxa qulaq 
siniri – qulaq seyvanının arxası və dirsək siniri – dirsək ətrafında 
qalınlaşır
• 
palpasiya zamanı sinir kələfləri bərk, hamar, eyni bəra-
bərlikdə qalınlaşır
Lokal ağrı
Vazomotor pozuntular, həmçinin
Şək.9.10. Cüzamın 
sərhəd-leproma-
toz tipi (mərkəzi 
çökmüş papula və 
lövhəciklər)
Şək.9.11. Cüzamın sərhəd-lepromatoz tipi (bordür elementləri)


139
• 
reflektor dermoqrafizmin zəifləməsi
• 
pilomotor reakiyanın düşməsi
Hissiyyatın pozulması (sensor pozuntular) əvvəlcə hərarət, sonra ağrı və taktil
TC, ST-, SC zamanı
• 
zədə ocaqlarında hissiyyatın tamamilə itməsi (anesteziya) və ya hissiyyatın zəif-
ləməsinin (hiposteziya) erkən başlanması
LC və SL zamanı
• 
zədə ocaqlarında hissiyyat uzun müddət qalır və ya sonradan gecikmiş anestezi-
ya ilə yüngül hiposteziya qeyd olunur
Motor pozuntular sensor pozuntulardan xeyli sonra inkişaf edir (bir neçə ay, il sonra)
• 
zəiflik
• 
parezlər
• 
ifliclər
Əzələ atrofiyası, adətən motor pozuntularla asimmetrik və eyni zamanda yaranır
Vətər reflekslərinin azalması 
Bütün sadalanan periferik sinir sisteminin zədələnmələri aşağıda göstərilənlərə 
gətirib çıxarır 
• 
barmaqların kontrakturası
• 
aşağıdakı növ deformasiyalar
meymun pəncəsi (suiti pəncəsi)
caynaqlı əl
caynaqlı ayaq
sallanan əl (sallanmış)
sallanan ayaq (yıxılan ayaq, “steppaj”-xoruz yerişi)
maskayabənzər üz
laqoftalm 
• 
toxumaların nekrozuna
• 
sellülitə
• 
osteomielitə
• 
pəncələrin xoralaşmasına
• 
ayaq və əl barmaqlarının proqressiv mutilyasiyasına və itirilməsinə
Yaddaş!
Cüzam zamanı sinir kələflərinin palpasiyası: n. ulnaris – əlin yarıbükülmüş vəziy-
yətində çiyinin aşağı hissəsinin medial tərəfindən; n. medianus – saidin bükülən tərəfin-
də, əlin mil-bilək oynaq hissəsində azacıq bükülmüş vəziyyətdə orta xəttin yaxınlığında; 
n. peroneus communis – xəstə ayağı uzadılmış vəziyyətdə oturduqda incik sümüyünün 
başının arxasında; n. tibialis – aşıq oynağının medial tərəfindən, kondilusun yanında; n. 
auricularis magnus – müayinə olunanın başını əks tərəfə çevirdikdə boyunda, döş-kör-
pücük-məməyəbənzər əzələnin diaqonalı üzrə palpasiya olunur.
Həssaslığa qarşı sınaqlar apardıqda aşağıdakı prinsiplərə əməl etmək lazımdır:
• 
pasiyent əvvəlcədən dərinin sağlam sahəsində hərarət, ağrı və taktil hissiyyatın 


140
ayıra bilmək qabiliyyətinin olduğunu nümayiş etdirməlidir
• 
əgər element eritematoz – hipoxrom xarakterlidirsə, bu zaman bütün növ hissiy-
yat pozulmaları hipoxrom sahədə daha aydın təzahür edir
• 
zədə ocağında zərif tüklərin olması taktil hissiyyatın pozulma dərəcəsinin təyin 
edilməsini çətinləşdirir/aşağı salır.
Həssaslıq sınağının aparılma texnikası
• 
hərarət – dəriyə iki eyni səviyyədə soyuq (t+18°C) və isti (t+45-50°C) su ilə 
doldurulmuş sınaq şüşəsinin toxunması 
• 
ağrı – dəriyə inyeksiya iynəsinin iti ucunun və konyulanın ardıcıl toxunması; 
pasiyent “iti” və ya “küt” olmasının fərqini qeyd etməlidir
• 
taktil – dəriyə nazik fırça, iti uclu pambıq topası və s. ilə toxunma.
Beş tipindən başqa, cüzamın çox vaxt spontan sağalan, az hallarda təsadüf edilən, dif-
ferensiasiya olunmayan forması ayırd edilir. Cüzamın differensiasiya olunmayan forma-
sı – infeksiyanın birinci əlaməti hesab edilir. Adətən 1-2 eritematoz və ya hipopiqmentli, 
qeyri-aydın konturlu, hissiyyatı normal və ya bir qədər azalmış ləkələrlə təzahür edir.
Az nəzərə çarpan leproz zədələnmə ocaqlarını və müxtəlif vazomotor, sekretor, trofik 
pozulmalarla həssaslığın pozulmasına qədər təzahür edən, cüzam üçün xarakterik olan 
periferik sinirin erkən zədələnməsinin aşkar edilməsinə funksional farmakodinamik sı-
naqlar kömək edir.
Vazomotor pozulmalar xardal yaxması və ya 1 damcı 0,1%-li histamin məhlulu 
ilə skarifikasion sınaq aparmaqla təyin edilir, o da eritema əmələ gətirmir və ya sağlam 
dəridə olan eyni bərabəlikdə və kəskin nəzərə çarpan eritema ilə müqayisədə hipo- və 
anestetik hipoxromlu zədələnmiş cüzam ocaqlarında yüngül eritema ilə təzahür edir.
Tər ifrazının sekretor pozulmaları Minor sınağı ilə təyin edilir, bu zaman dəriyə 
2-3%-li yod məhlulu sürtülür, ardınca nişasta tozu vurulur, yod-nişasta birləşməsi sağ-
lam dərinin göy rəngə boyanmasına və tər ifrazı pozulmuş leproz zədə ocaqlarının bo-
yanmamasına səbəb olur.
Leproz prosesin adi müayinəsi zamanı şübhəli və görünməyən əlamətləri aşkar et-
mək üçün nikotin turşusu sınağı tətbiq edilir, o da normal şəraitdə, daxilə 50-100 mq 
qəbul etdikdə, 1-3 dəqiqədən sonra bütün dəri örtüyündə eritema əmələ gətirir, 10-15 
dəqiqədən sonra itir. Leproz ocaq yerlərində vazomotorların adabtasiya qabiliyyətləri-
nin pozulması səbəbindən 5-10 dəqiqədən sonra açıq qırmızı eritema və ödem yaranır 
(alovlanma fenomeni). Reaksiya 30 dəqiqə davam edir, xəstəliyin aktiv mərhələsində
Şək.9.12.Caynaqlı əl
Şək.9.13.Sallanan əl
Şək.9.14.Ayaqların
xoralaşması


141
böyük diaqnostik əhəmiyyət kəsb edir və reqressiv dəyişikliklər başladığı zaman kontrol 
test kimi xidmət edir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin