Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə76/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   446
DERMATOLOGİYA-dərslik 1

SADƏ HERPES
Tez-tez rast gələn dermatoz olub eritematoz və azacıq ödemli əsas qatda qruplaşmış 
qovuqların dəridə və selikli qişalarda əmələ gələn səpgilərlə özünü biruzə verməsi ilə 
səciyyələnir. Davamlı residivləşən, disseminasiya edən, bəzən sistem xarakter kəsb edə 
bilər. Cinsiyyət yolu herpesinin rastgəlmə tezliyi cinsi əlaqə zamanı yoluxan digər infek-
siyalardan xeyli çoxdur.
Etiologiyası
Sadə herpes virusunun I və II tipləri (SHV I və II) DNT-tərkibli dermatoneyrotrop 
virusdur, yoluxmuş hüceyrələrin nüvəsində və sitoplazmasında 14 saat ərzində çoxalır 
və onların ölümündən sonra qız virionlarının xaricə çıxması baş verir.
• 
Üzün və ağız boşluğunun herpesi SHV I (80-90%) və SHV II (10-20%) ilə törə-
dilir;
• 
Genital herpes: SHV II (70-90%) və SHV I (10-30%);
• 
Herpes panarisiyası: SHV I 20 yaşa qədər, SHV II isə 20 yaşdan yuxarı aşkar 
edilir;
• 
Yenidoğulmuşların herpesi: SHV II (70%), SHV I (30%) iştirak edir.
Yoluxma yolları
SHV I ilə yoluxma zədələnmiş dəri, ağzın selikli qişası, herpeslə xəstə şəxsin dodaq-
ları ilə birbaşa təmas zamanı (toxunduqda) baş verir (adətən həaytının ilk dövrlərində). 
Əgər herpes infeksiyası kəskin respirator xəstəlik formasında və ya digər etiologiyalı 
KRX fonunda inkişaf edirsə, bu zaman hava-damcı yoluxma yolu mümkündür. Məişət
əşyaları vasitəsilə yoluxma az ehtimal olunur, belə ki, otaq temperaturunda SHV sürətlə 
məhv olurlar. 
SHV-a qarşı antitellər böyüklərin 80-90%-da aşkar edilir.
Cinsiyyət yolu herpesi ilə xəstə anadan dölə SHV-nin yoluxması aşağıdakı hallarda 
baş verir: doğuş yollarından keçərkən (burun-udlaq, dəri, gözlər infeksiyalaşır) – yolux-
ma riski 40% təşkil edir; servikal kanal və sonradan dölyanı sular vasitəsilə; cift vasitə-
silə -hamilə qadınlarda herpes virusemiyası inkişaf etdikdə.
Orqanizmə SHV-nin daxil olması və yayılması yolları
Kontakt yerində dəri və selikli qişalara daxil olması; epidermisin aşağı qatlarında 
artıb-çoxalması; yoluxmuş hüceyrələrin məhv olması; eritema, vezikula; derma; hissi və 
vegetativ sinirlərin ucları; qanqliyalar (üçlü, azan sinirlər, bel-oma), orada virus latent 
vəziyyətdə olur və sonradan reaktivasiya mərhələsinə keçir. 


155
Risk amilləri
Soyuqdəymə, hiperinsolyasiya, respirator xəstəliklər, stress, immundefisitlər (İ İV-in-
feksiya, hemoblastozlar, orqanların, sümük iliyinin transplantasiyası, kimyəvi terapiya, 
şüa terapiyası, sistem kortikosteroidləri, iimundepressantlar), aybaşı sikli.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin