Cüzamın müalicəsi
sistem antibakterial preparatlarla rifampisin (RMP), klofazimin
(KLO; lampren), dapson və ya 4,4’-diaminodifenilsulfon (DDS) preparatları daxil edil-
məklə kombinə olunmuş multidərman terapiyası (MDT) sxemi üzrə aparılır.
Hər gün
•
Tuberkuloid (TC), sərhəd-tuberkuloidli (ST) cüzam
RMP – 600 mq ayda 1 dəfə daxilə
+ KLO – 100 mq gündə 1 dəfə daxilə (nevrit və reversiv reaksiya
hallarında) və ya DDS – 100 mq gündə 1 dəfə daxilə - klinik çıxarışlara qədər
•
Sərhəd (SC), sərhəd-lepromatoz (SL), lepromatoz cüzam (LC)
RMP – 600 mq ayda 1 dəfə daxilə
+ KLO – 100 mq gündə 1 dəfə daxilə
+ DDS – 100 mq gündə 1 dəfə daxilə - mənfi bakterioloji nəticəyə qədər
(2-5 il)
147
ÜST tərəfindən tövsiyə edilmiş MDT
•
Az miqdarda basil ilə tək ocaq
RMP – 600 mq
+ ofloksasin – 400 mq
+ Minosiklin – 100 mq – birdəfəlik qəbul.
•
Az miqdarda basil ilə cüzam
RMP – 600 mq ayda 1 dəfə daxilə (həkim nəzarəti altında)
+ DDS – 100 mq gündə 1 dəfə daxilə ev şəraitində - 6 ay ərzində
•
Çoxlu miqdarda basil ilə cüzam
RMP – 600 mq ayda 1 dəfə daxilə (həkim nəzarəti altında)
+ KLO – 300 mq ayda 1 dəfə daxilə (həkim nəzarəti altında) və 50 mq
gündə 1 dəfə (ev şəraitində)
+ DDS – 100 mq gündə 1 dəfə daxilə (ev şəraitində) – 12-24 ay ərzində
I və II tip leproz reaksiyaların inkişaf etməsi hallarında əlavə terapiya təyin edilir:
KLO – 100 mq gündə 1 dəfə daxilə və ya Asetilsalisil turşusu – gündə 2-3 q daxilə
- zəif nəzərə çarpan reaksiyalarda və ya kortikosteroidli hormonlar – gündə 1 mq/kq
daxilə və ya əzələ daxili klinik yaxşılaşana qədər, ondan sonra 4-6 ay ərzində doza təd-
ricən azaldılır.
Əgər MDT zamanı inkişaf edirsə, onda əlavə müalicə MDT fonunda aparılır.
|