Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə81/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   446
DERMATOLOGİYA-dərslik 1

Differensial diaqnoz 
Streptokokk və qarışıq impetiqo, kəmərləyici dəmrov, birincili sifiloma, sifilitik pa-
pulalar, eroziv-xoralı balanopostit, qoturluq düyüncükləri, xoralar, follikulitlər, cinsiyyət 
orqanları nahiyəsində furunkul, uşaq ekzeması, ağırlaşmış piodermiya (Kapoşi ekzeması 
ilə birgə), fiksə olunmuş eritema (cinsiyyət orqanları), çoxformalı ekssudativ eritema.


159
Müalicə
Birincili herpes (ümumi əlamətlərlə) asiklovir 400 mq dozada gündə 3 dəfə 5 gün 
ərzində və ya 800 mq dozada gündə 2 dəfə 5 gün ərzində, yaxud valasiklovir 500-1000 
mq dozada gündə 2 dəfə 5 gün ərzində. Vitamin C 0,3 q dozada gündə 3 dəfə 3-5 gün 
ərzində.
Ümumi əlamətlər olmadıqda yerli virusəleyhinə preparatların (asiklovir, DNT-aza və 
s.) təyin olunması ilə kifayətlənmək olar; herpes stomatitində: 0,5% tebrofen məlhəmi, 
0,25% riodoksol məlhəmi, 5%-li siklovir məlhəmi. Zədə ocaqlarına məlhəmlər 5-10 gün 
ərzində sutkada 5 dəfə sürtülür.
Dəri və selikli qişaların residivləşən herpesi, keratokonyunktivit: asiklovir 200 mq 
dozada sutkada 5 dəfə 5-10 gün ərzində və ya valasiklovir 500 mq dozada sutkada 2 
dəfə 5 gün ərzində; yaxud famsiklovir 250 mq dozada sutkada 3 dəfə 5 gün ərzində. Bu 
preparatların ilk 2 gün ərzində təyin olunması residivlərin ağırlığını azaldır, lakin onların 
qarşısını almır.
Residiv zamanı 0,004%-li panavir məhlulu venadaxilinə 5,0 dozada 48 saat fasilə 
verməklə iki inyeksiya şəklində yeridilir (cədvəl 2). Yod preparatlarından – yodomarin 
0,2x2 dəfə, yod aktiv, kalsiyodin və s. təyin olunması çox səmərəlidir.
Cədvəl 2. Virusəleyhinə «panavir» preparatının tətbiqinə dair tövsiyələr
Хястялик
Мцалиcя методикасы
Эюзлянилян еффект
Ресидивляшян эенитал вя 
назолабиал щерпес (СЩВ I, 
СЩВ II)
Панавир препаратынын 0,004%-
ли мящлулу 5,0 мл дозада 48 
саат фасиля иля ресидив анында 
венадахили 2 инйексийасы
Ресидивин даваметмя 
мцддятинин 1,5-2 дяфя 
азалмасы, ремиссийа 
дюврцнцн 2-2,5 дяфя 
узанмасы
Горуйуcу Панавир эели 
суткада 3-4 дяфя хариcя.
1 айдан сонра курсун тякрар 
едилмяси мяслящят эюрцлцр
Аьры щиссиййатынын 
эютцрцлмяси, йаранын сцрятля 
саьалмасы
Еффективлик 80%-дян чох 
тясдиг олунмушдур. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin