Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə78/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   446
DERMATOLOGİYA-dərslik 1

Sadə herpesin atipik formaları
Abortiv – zəif nəzərə çarpan papula, eritema, nekroz, tipik səpgilər olmadan subyek-
tiv hissiyyatın yaranması.
Şişkin (infiltrativ) – kirpiklərdə, dodaqlarda kəskin ödemlə müşayiət olunan səpgilər.
Zosterəbənzər – üzdə, ətraflarda, bədəndə, sağrı nahiyəsində sinirlər boyunca ağrılı 
səpgilər meydana gələrək baş ağrısı, zəiflik əlamətləri ilə müşayiət edilir.
Disseminasiyalı - bədənin müxtəlif snahiyələrində qruplaşmış səpgilərin eyni vaxtda 
əmələ gəlməsi.
Miqrasiya edən – səpgi elementləri ardıcıl şəkildə meydana çıxır və bədənin yeni 
sahələrini əhatə edir.
Hemorragik və nekrotik forma – qovuqcuqların qanlı ekssudativ xarakterdə olması 
və nekrozun inkişaf etməsi ilə müşayiət olunur.
Elefentiazabənzər – herpesin reqresiyaya uğradığı yerlərdə dərinin şişkinliyinin uzun 
müddət qalması.
Xronik sadə dəri herpesi - immundefisitli xəstələrdə diametri meşə qozu böyüklü-
yündə və daha böyük ölçülərə malik çoxsaylı, itməyən xoralı ocaqlar.
Genital orqanlarda xoralı herpes – immunbioloji reaktivliyi zəifləmiş şəxslərdə sə-
ciyyəvi səpgilərdən sonra inkişaf edir (qırmızı rəngli yumşaq, ağrılı xora, limfadenit də 
mümkündür).
Rupioid forma - ikincili infeksiyanın qoşulması (laylı qartmaqlar, çatlar) nəticəsində 
üzdə inkişaf edir.
Herpes panarisiyaları - herpesli xəstənin selikli qişaları ilə təmasda olan tibb işçilə-
rində (anestezioloqlar, stomatoloqlar) inkişaf edir. Ocaqlar tək-tək, bərk, ağrılı qovuqlar-
dan ibarətdir, bəzən yayılmış eritematoz reaksiya ilə təzahür edir.
Herpes follikuliti. Əsasən kişilərdə çənə, çənəaltı və burun-dodaq üçbucağı nahiyə-
sində rast gəlir. Tük follikullarının ağzında vezikullar əmələ gəlir, sonra qartmaqlarla 
örtülür. Proses yüngül qaşınma və göynəmə hissi ilə müşayiət olunur.
Herpes formalı Kapoşi ekzeması çox vaxt ekzema və atopik dermatitli xəstə uşaq-
larda (onlar aktiv herpesə xəstə valideynlərdən yoluxurlar) baş verir. Bu forma yüksək 
temperatur, ümumi ağır vəziyyət, dəridə, selikli qişalarda disseminasiya olunmuş səp-


157
gilər, göbək mərkəzində basıqlıq şəklində çoxsaylı elementlər, geniş sahəli hemorragik 
qartmaqlarla müşayiət olunur. Letal sonluq mümkündür.
Az hallarda Kapoşi ekzeması, Darye xəstəliyi, qovuqlu dermatozlarında, ixtioz, gö-
bələkvari mikozlarda rast gəlir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin