Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə79/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   446
DERMATOLOGİYA-dərslik 1

Genital herpes
Yoluxma cinsiyyət orqanlarında və ya ona yaxın sahələrdə herpes səpgiləri olan cinsi 
partnyorlardan birbaşa təmas, həmçinin remissiya dövründə (SHV-nin produksiya olun-
ması davam etdikdə) və simptomsuz virusgəzdirmələr zamanı baş verir. 
İnsanların əksəriyyətində SHV II ilə yoluxma simptomsuz və ya aydın klinik əlamət-
lər olmadan müşahidə olunur.
Genital herpes zamanı 70% hallarda SHV II tip, digər hallarda isə SHV I tip aşkar 
edilir. Homoseksual yönümlü şəxslərin təqribən yarısı SHV II ilə yoluxmuşlar, fahişə 
qadınlar arasında isə SHV II ilə yoluxma 80%-ə çatır. 
Genital herpes gənc yaşlı şəxslərin cinsiyyət orqanlarının xoralı zədələnmələrinin ən 
çox rast gələn növlərindən sayılır.
Cinsiyyət orqanlarının birincili herpesi çox vaxt ümumi simptomatika (qızdırma, baş 
ağrısı, mialgiyalar, zəiflik) ilə müşayiət olunaraq 6-8 gün ərzində artır. Qruplaşmış qo-
vuqlar çox vaxt məhdud yerləşmiş kiçik lövhəcik şəklində olurlar, bəzən cinsiyyət üz-
vünün böyük hissəsini, xayaları, budları, sağrıları, qadınlarda isə cinsiyyət dodaqlarını, 
klitoru, aralığı, budun daxili səthini, sağrıları əhatə edir. Qaşınma, göynəmə hissiyyatı, 
dizuriya, bəzən uşaqlıq yolundan, uretradan ifrazatın gəlməsi, sistit əlamətləri xarakte-
rikdir. Birtərəfli ağrılı regionar limfadenit əlamətələri ilə yanaşı, qarnın aşağısında ağ-
rıların yaranması (çanaq limfadeniti), meninqizm, işialgiya əlamətləri də mümkündür.
Homoseksualistlərin herpetik proktiti (törədicisi SHV I tip) ağrılar, tenezmlər, rec-
rum-dan ifrazatın gəlməsi ilə müşayiət olunur; müayinə zamanı düz bağırsaqda iltihabı 
və eroziv-xoralı sahələr aşkar edilir.
Genital herpesin birincili yaranmasından sonra 2% xəstələrdə residivlər hər ay, 13%
xəstələrdə hər 2-11 aydan sonra hər il, 24% xəstələrdə nadir hallarda müşahidə edilir. 
Asiklovirin qəbulu cinsiyyət orqanlarından virusun ifraz edilməsini və cinsi partnyorun 
yoluxma riskini azaldır.
Genital herpesin residivləri zamanı simptomatika bir o qədər də aydın nəzərə çarp-
mır.
Genital herpesi sifilisin birinci və ikinci dövrünün aktiv əlamətləri (eroziyalar, xo-
ralar, papulyoz və pustulyoz sifilidlər), yumşaq şankr, süzənək, trixomonad, xlamidiya, 
bakterial etiologiyalı qeyri-spesifik eroziyalar, xoralarla diferensiasiya edirlər; İİV-in-
feksiyanı mütləq istisna etmək lazımdır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin