161
rin təsiri nəticəsində baş verir. Virus hissi sinirləri zədələyir və nevrit əlamətləri törədir,
sonra dermatoma müvafiq olaraq xətt boyunca qovuqcuqlu səpgilər meydana çıxır. Sinir
köklərinin ödemli olması, onların onurğaarası sahələrdə sıxılması nəzərə çarpır.
Klinik şəkli
Prodromal əlamətlər: bədən temperaturunun yüksəlməsi, halsızlıq, baş ağrısı, dispep-
siya halları.
Lokalizasiya sahələri: qabırğaarası sinirlər zonasında, üçlü sinirin şaxələri boyunca,
başda, üzdə, ətraflarda.
Ocaqların sayı: çoxlu miqdarda.
Subyektiv hissiyyat: zədələnmiş sinirlər boyunca ağrılar.
Gedişi: kəskin, residiv vermir. Residivlər onkoloji xəstəliklər, qan xəstəlikləri, im-
mundefisit (QİÇS) zamanı meydana çıxır.
Dostları ilə paylaş: