Dərinin digər bakteriyalar ilə törənən bakterial infeksiyaları Erizipeloid (Erysipeloid) sin. Rozenbaxın erizipeloidi, donuz qızılyeli, sürünən eri-
tema, donuz məxmərəyi – dəri və dərialtı piy toxumalarının kəskin iltihabi bakterial
antropozoonoz infeksiyasıdır.
Epidemiologiya.
•
Peşəsi heyvan, quş, balıq artırılması, kəsilməsi və emal edilməsi, dəri aşılaması
ilə əlaqəli olan şəxslərdə, eləcə də baytarlarda, fermerlərdə və s.
•
Kişilər tez-tez xəstələnir.
•
İnfeksiya mənbəyi – yoluxmuş heyvanlar (ev heyvanları, quşlar, balıqlar).
•
İnfeksiyanın ötürülmə yolları – ekzogen (dəridən).
•
İnfeksiyanın insandan insana ötürülməsi qeyd olunmayıb.
•
Infeksiyanın inkişaf etməsinə dərinin zədə və mikrozədələri, gigiyenik normala-
ra riayət edilməməsi səbəb olur.
Etiopatogenez. Erizipeloidin törədicisi – Erysipelothrix insidiosa - donuz qızıl-
yeli çöpləridir. E. insidiosa mal, quş, balıqları kəsib-hazırladıqda və ya xəstəliyə yolux-
muş heyvanlara qulluq etdikdə insan dərisinə kiçik kəsik və sıyrıntılardan düşür, keçdiyi
yerdə yerli iltihabi reaksiya törədir.
Lokalizasiya – çox vaxt əl barmaqları nahiyəsində
Səpgi elementləri və onların təkamülü – dərinin zədələndiyi yerdə ödemli eritema,
çəhrayı-qırmızı rəngli, qeyri-dəqiq sərhədli, əl vurduqda isti, azacıq ağrılı olur, diamet-
ri 10 sm və daha çox, tez böyüyür. Sağalma prosesində yaxşı gedişi olduqda ləkənin
mərkəzi hissəsi ağarır, periferik sahə isə göyümtül-qırmızı rəng alır, 2-3 həftədən son-
ra, adətən çapıq vermədən tam reqress başlayır. Kəskin gedişi olduqda proses “kiçik”
sellülit tipində gedir. Tez böyüyən, əl vurduqda isti olan
eritematoz ləkə, bərk ödemlə müşayiət olunur, qeyri-bə-
rabər kənarları olan lövhəciyəbənzər şəkil alır, səthində
qovuqlar, fliktenalar, xoralaşmalar yarana bilir ki, onun-
la əlaqədar xəstəliyin gedişi ləngiyir, bəzi hallarda çapıq
əmələ gəlməsi ilə nəticələnir.
Erizipeloid, adətən ümumi simptomlarsız keçir, la-
kin hərarətin qalxması, halsızlıq, limfangiit, limfadenit,
prosesə bilək sümüklərinin cəlb olunması istisna edilmir.
Erizipeloidin yuxarıda göstərilmiş lokal dəri forması ilə
yanaşı generalizə olunmuş forması, ürək, oynaq və digər
orqanların zədələnməsi ilə gedən (törədici qana keçdikdə)
sistem forması da olur. Erizipeloidin diaqnozu anamnezə,
biopsiya materialının əkilməsi zamanı E.insidiosa tapıl-
ması ilə təsdiq edilən klinik və patomorfoloji şəklə əsasən
qoyulur.