Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


DERMATOZLARIN ƏMƏLƏ GƏLMƏSİNDƏ TƏCİLİ ANAFİLAKTİK RE-



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə33/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   446
DERMATOLOGİYA-dərslik 1

DERMATOZLARIN ƏMƏLƏ GƏLMƏSİNDƏ TƏCİLİ ANAFİLAKTİK RE-
AKSİYALARIN ƏHƏMİYYƏTİ
Dərinin immun iltihabının bu formasına övrə və dərman eritemaları aiddir. Övrə də-
rinin müxtəlif bioloji aktiv maddələrə, zülal allergenlərinə, dərman preparatlarına, qida 
maddələrinə, həmçinin qaraciyər, mədə-bağırsaq traktı xəstəlikləri zamanı əmələ gələn 
endogen mənşəli maddələrə qarşı anafilaktik reaksiyasıdır.
Övrənin inkişaf mexanizmini aşağıdakı şəkildə təsəvvür etmək olar. (Şək.4.8.) Aller-
genin təsiri altında sensibilizasiya nəticəsində plazmositlərdə antitellər, reaginlər və ya E 
sinif immunqlobulinlər əmələ gəlir. Reaginlər qeyri-adi antitellərdir, belə ki yalnız onlar 
dəridə toplana və bir neçə həftə orada qala bilirlər. Bu zaman onlar öz Fc fraqmentləri ilə 
tosqun hüceyrələrə fiksasiya olunurlar.Təkrar orqanizmə düşən zaman allergen İgE- nin 
Fab fraqmentləri ilə qarşılıqlı təsiri nəticəsində tsiklik AMF-in əmələ gəlməsini toxuma 
bazofillərində aktivləşdirir. Sonuncu hüceyrələrdə mikroborucuqların yığılması və onla-
rın qranulalarının ekzositozunu aktivləşdirir ki, bu qranulaların da içərisində aşağıdakı 
bioloji aktiv maddələr olur: histamin, ləng reaksiya verən substansiya (YRS), eozinofil 
hemotoksik faktor (EHF), trombositaktivləşdirici faktor (TAF), neytrofil hemotoksik 
faktor (NHF), serotonin və s. Eozinofillər, neytrofillər və trombositlər isə öz növbəsində 
ikincili mediatorlar ifraz edirlər ki, bu da damar keçiriciliyini artırır. Hal-hazırda sübut 
olunmuşdur ki, atopik dermatitli xəstələrdə T-limfositlər vasitəsilə İgE- nin sintezinin 
tənziminin pozulması nəticəsində sonuncunun yüksək səviyyəsi formalaşa bilər.
Klinik olaraq övrə müxtəlif ölçülü və formalı rəngi ağdan al-qırmızıyacan dəyişən, 
dəridən kəskin sərhədlənən bərk, azacıq dəridən qalxan bərk qaşınan köpüşüklərlə təza-
hür edir. İltihabi proses hipodermaya yayılarsa sərhədləri pozulmuş xəmirəbənzər ödem 
müşahidə olunur (angionevrotik ödem,Kvinke ödemi). Histoloji şəkil genişlənmiş qan 
və limfa damarları, limfosit və eozinofil leykositlərlə damarətrafı infiltrasiya ilə xarakte-
rizə olunur. Kollagen liflər ödemli və kövşəkləşmiş şəkildə olur. Epidermisdə spongioz 
və müxtəlif dərəcəli hüceyrədaxili ödem müşahidə edilir.
Şək.4.9. İşıq və elektron mikroskopun göstəricilərinə əsasən toxuma bazofillərinin ultrastrukturu
a. hüceyrənin işıqlanan nüvə, sitoplazma və orta deqranulyasiyası x900 - görünür (Falin L.İ., 1957).
b. müxtəlif strukturlu spesifik qranulalarla (Qr) dolu tosqun hüceyrələrin sitoplazması (Serov V.V., Şexter 
A.B., 1981).


52

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin