37
edirlər. Bu zaman qranulalarda olan bioloji aktiv maddələr qranulositləri fəallaşdırır və
dağılan bazal membrana doğru yerdəyişməsini asanlaşdırır.
Bəzən subepidermal qovuqların son 2 növü birincili sayılır ki, o da bazal
membranda baş verən birincili pozğunluqların nəticəsində meydana çıxa bilir.. Həqiqi
mexaniki mənşəli qovuqlar ikincili sayılırlar, belə ki, əvvəlcə epidermadaxili qovuq
əmələ gəlir və yalnız sonuncunun ölçülərinin böyüməsi nəticəsində o, dermal-epidermal
birləşməyədək çatır, onu dağıdır və subepidermal qovuğa çevrilir.
Dostları ilə paylaş: