Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə285/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   281   282   283   284   285   286   287   288   ...   446
DERMATOLOGİYA-dərslik 1

Differensial diaqnoz
Displastik nevus, qocalıq keratoması, heman-
gioma və digər dərinin yeni törəmələri.
Müalicə
Yerli residivlərin azaldılması riski üçün geniş 
kəsmələr göstərilmişdir. İnterferon üçün yüksək 
doza – alfa 2β.
Şək. 31.3.Yastı hüceyrəli xərçəng
zamanı səpgilərin tipik lokalizasiyası


402
PECET XƏSTƏLİYİ
Pecet xəstəliyi (məməciyin diskeratozu) –süd vəzisinin bir və ya bir neçə yolunda 
inkişaf edən, döş giləsi nahiyəsində epidermisi zədələyən və gilə ətrafı sahədə vəzi 
toxumasının invaziyası ilə nəticələnən və regionar limfotik düyünlərdə metastazlaşan 
adenokarsinomadır. Xəstəlik bədxassəli yeni əmələ gəlmələrə aiddir və süd vəzilərinin 
yollarının atipik hüceyrəsindən inkişaf edir (Pecet hüceyrələri). Daha çox 40 yaşından 
yuxarı qadınlar xəstələnir, bir qayda olaraq bir vəzi zədələnir.
İlkin mərhələdə klinik şəkil gilənin ekzemasını xatırladır, hansı ki, azacıq bərkimiş 
ocağı olur və uzun müddət sulanma ilə gedir. Getdikcə gilə və ona bitişik nahiyə kəs-
kin sərhədli tünd qırmızı rəngli, nəm səthli, hissə-hissə qartmaqla örtülü olan, müalicə 
tədbirlərinə rezistent vəziyyətə keçir. Davam etdiyi müddətdə (ay, il) periferiya boyunca 
artan, süd vəzisinin çox hissəsini əhatə edən eroziya formalaşır . Bu zaman gilə tədri-
cən dartılır və fibroz bərkimə əmələ gəlməklə itir. Vəzinin toxumasında bərk dəri dü-
yünü yaranır, regionar limfatik düyünlər böyüyür, palpasiya zamanı bərk, ağrısız olur. 
Dəri zədələnməsi qaşınma və göynəmə ilə müşayiət olunur. Pecet xəstəliyinin ocaqları 
anogenital, qoltuqaltı, az hallarda göbək nahiyəsində əmələ gəlməsi mümkündür. Bu 
nahiyələrdə apokrin tər vəziləri şiş prosesi ilə zədələnir (ekstramammar Pecet xəstəliyi).
Differensial diaqnostika 
Differensial diaqnoz ekzema, piodermiya, psoriaz, Bouen xəstəliyi ilə aparılır.
Müalicə
Cərrahi müdaxilənin həcmini və digər müalicə tədbirləri (kimya-rentgenoterapiya) 
həkim-onkoloq müəyyən edir.


403

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin