Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə287/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   283   284   285   286   287   288   289   290   ...   446
DERMATOLOGİYA-dərslik 1

Kəmərləyici herpes
Herpesdən sonrakı nevralgiyası olmayan yüngül lokalizasiya formalı və durğun lim-
fadenopatiyası olan residivli səpgilərə meyilli ağır disseminə olunmuş səkildə ola bilər. 
Tez-tez Kapoşi sarkoması ilə rast gəlinir.


404
“Tüklü” leykoplakiya
Guman edilən törədici – Epşteyna-Barr və ya insan papilloması virusudur. Əsas lo-
kalizasiya – dilin kənarları zonasıdır. Yanaqların selikli qişasına yayıla bilər. Zədələnən 
ocaqların səthi qafreli, qeyri-düzgün olan, üzəri epitelin sapvari artımları ilə örtülmüş 
tükcükləri xatırladır. Spontan olaraq yox olmur.
Kontagioz mollyuck
Zədələnmə əsasən yanaq hissəsində lokalizasiya olunur, sonradan isə bütöv üz və 
başın tüklü hissəsinə keçir. Proses başqa sahələrə tez yayılmağa və elementlərin bir-biri 
ilə birləşməsi kimi tendensiyaya malikdir.
Ziyillər.
Xəstələrdə adi ziyillərin tez-tez üzdə və ağızda əmələ gəlməsinin yüksək meyllliyi 
müşahidə olunur. Homoseksuallarda anus və genital nahiyələrdə adi ziyil və itiuclu kan-
dilomalar çoxlu miqdarda əmələ gəlir.
Dərinin bakterial infeksiyaları
Boyun, kürək, sinə, yuxarı ətraf, qoltuqaltı çuxurlar və perianal sahədə geniş yayılmış 
stafilakokk follikulitləridir. Ektima, furunkul, absess, sellyulit, impetiqo, dərinin papu-
lo-nekrotik vərəmini xatırladan elementlər, aknenin əmələ gəlməsi də mümkündür.
Dermatomikozlar
Ayaqaltı, əl, baldır və sair sahələrin dermatomikozla zədələnməsi tipik şəkildə ola 
bilər. Atipik formalar əsasən, üzdə, boyunda olur və çoxformalı ekssudativ eritema
seboreyalı dermatit, rozaseyanı xatırlada bilir. Ovuc və ayaqaltı rubromikozu kerato-
dermiya xarakterli olur, onixomikozlar paronixiya ilə birgə müşahidə olur. Kəpəklənən 
dəmrov üçün, papulyoz-lövhəli elementin və dərinin infiltrasiya, lixenifikasiyasının in-
kişafına doğru tendensiyası olan, disseminə olunmuş zədələnmə xarakterikdir.
Qoturluq
Atipik keçir, generalizə olunmuş bərk qaşınan papulo-skvamoz zədələnmiş ocaqlar 
şəklində olur. Çox hallarda üz və başın tüklü hissəsi zədələnir. Ocaqlarda gənələrin kül-
li miqdarda olması ilə əlaqədardır, xəstəlik kontagiozdur. Skabiozdan sonrakı dermatit
müalicəyə çətin tabe olur və müqavimətli xarakter daşıyır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin