Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə290/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   286   287   288   289   290   291   292   293   ...   446
DERMATOLOGİYA-dərslik 1

Etiologiya
Xəstəliyin etiologiyası müəyyən olunmayıb. Hazırda DTHL-in inkişafında etioloji 
faktor kimi insanın I tip limfotrop virusuna uyğun retroviruslara nəzər yetirilir, bunlar 
da böyüklərin T-hüceyrələrin limfomasını – leykemiyasını əmələ gətirir. İrsi faktorla-
rın rolu qəbul edilir. HLA- I sinfi və DTHL-in başqa nozoloji formaları arasında əlaqə 
mövcuddur. Məsələn, B-5 və B-35 histouyğunluq antigenləri tez-tez yüksək səviyyəli 
maliqnizasiyalı dəri limfomaları olan xəstələrdə rast gəlinir, A-10 – nisbətən aqressiv 
gedişi limfomalarda B-8 isə əsasən göbələyəbənzər mikozun eritrodermik forması olan 
xəstələrdə rast gəlinir. Neyrodermit, atopik dermatit, psoriaz və s. kimi uzun sürən xroni-
ki dermatozlar dərinin baryer və immunloji funksiyalarının pozğunluqlarına gətirib çıxa-
ra bilər. Bu, müxtəlif infeksion agentlərin,o cümlədən virusların daxil olmasına səbəb 
olaraq, dərinin immun sistemindəki dəyişiklikləri gücləndirə bilər, bu da bəzi hallarda 
şiş proseslərinin inkişafına təsir edir.
Limfomaların genezində müəyyən rola malik olan ionlaşdırıcı radiasiya, UB-şüalar, 
tərkibində konserogen maddələr olan müxtəlif kimyəvi birləşmələr və bəzi allergenlər 


407
hesab olunur. Sadalanan faktorlar protoonkogenlərin, aktivasiyası və ya şişi supresiya 
edən genin inaktivasiyası hesabına “genotravmatik” limfositlərin klonunun əmələ gəl-
məsinə gətirib çıxara bilir ki, bu da limfositlərin maliqnizasiya prosesini başladır.
DTHL zamanı sağlam T-helper limfositlərinə uyğun funksional və membran xüsu-
siyyətlərinə malik T-helper limfositlərin çoxlu proliferasiyası qeyd edilir. DTHL-in for-
malaşması prosesi müxtəlif konserogen faktorların təsiri ilə limfositlərin aktivləşməsi 
və dominant T-hüceyrə klonunun əmələ gəlməsi ilə başlayır. Onun dəridə əmələ gəlmə-
si zamanı DTHL-lı xəstələrdə prosesin dinamikasını müəyyən edərək (ləkəli-düyünlü 
ocaqlardan iri şiş elementlərinin və letal nəticəyə qədər) şiş prosesinə qarşı nəzarəti əhə-
miyyətli dərəcədə dəyişir.
Təsnifat
Klinikası və proqnozuna görə fərqlənən T-hüceyrə və B-hüceyrə limfomaları ayırd 
edilir. T-hüceyrə limfomaları dəri örtüyünün yayılmış zədələnməlri və daha ağır gedişi 
ilə xarakterizə olunur, B-hüceyrə limfomalar isə tək sikl elementləri ilə manifestasiya 
edir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin