437
za üsulu ilə boyanırlar, eritrositlərdə və daxili orqanların retikul-endotelial hüceyrələ-
rində aşkar edilirlər.
İnfeksiyanın keçiriciləri: hünülərdir (Phlebotomus verrucarum, Phlebotomus nogus-
hi), bəzən Dermacenteor andersoni gənələri ola bilər.
Klinik şəkil.
İnkubasiya dövrü 2-4 həftədir.
Xəstəlik simptomsuz infeksiya şəklində; nisbətən xoşxassəli zədələnmələr (peruan
ziyili); yüksək temperatur, anemiya ilə bərabər bədxassəli ağır gedişli xəstəlik şəklində
keçə bilər və ölümlə nəticələnə bilər (Oroya qızdırması).
Klinik əlamətlər mərhələsində daxili orqanlarda kəskin dəyişikliklər: qara ciyərdə,
dalaqda, bağırsaqlarda və limfa düyünlərində nekrozlar və birləşdirici toxumanın iti-
habı nəzərə çarpır. Ümumi intoksikasiya simptomları xəstənin ümumi əhvalının kəskin
ağırlaşmasına və komaya düşməsinə (1/3-dən çox hallarda 2-4 həftə ərzində xəstəlik
ölümlə nəticələnir) səbəb olur. Xəstələrin 2/3-də 3-4 aydan sonra xəstəliyin simptom-
ları sönür, onların vəziyyəti yaxşılaşır, yəni xəstəlik yalnız kəskin faza ilə məhdudlaşır
(Oroya qızdırması). 1-2 aydan sonra xəstəlik adətən növbəti – peruan ziyili mərhələ-
sinə keçir. Boynun, üzün dərisində, ətrafların açıcı səthlərində, bədənin üzərində çoxlu
sayda xırda tünd qırmızı rəngdə papulyoz səpgilər əmələ gəlir ki, onlar da qaşınma ilə
müşayiət olunurlar. Analoji elementlər həmçinin gözün konyunktivasında, ağızın, mə-
də-bağırsaq yolunun, sidik-cinsiyyət orqanlarının selikli qişasında əmələ gəlir. Sonralar
səpgilər ziyilvari törəmələrə çevrilir və ölçüləri noxud dənəsi böyüklüyünə çatır, qan və
limfa damarları ilə zəngin olurlar (tut meyvəsini, quruluşuna görə isə piogen qranulema-
nı xatırladır). Bu törəmələr asanlıqla qanayır, xoralaşır və piokoklarla infeksiyalaşa bilir.
Qida borusunda və mədədə şişəbənzər damar törəmələrinin əmələ gəlməsi disfagiyanın,
qanlı qusmanın, urogenital yolda isə hematuriyanın və uşaqlıq yolunda qanamaların baş
verməsinin səbəbkarı ola bilər.
Proses 2-4 ay ərzində tədricən geriyə inkişaf edir. Ziyilvari törəmələrin xoralaşması
yerində çapıqlar qalır. Xəstəliyin bu mərhələsi, bir qayda olaraq, qənaətbəxş gedir, lakin
dəridə səpgilərin residivləri və daxili orqanlarda zədələnmələr baş verə bilər.
Müalicəsi. Ağırlaşmaların profilaktikası məqsədilə antibiotik terapiyası təyin olunur,
ziyilvari törəmələrin elektrokoaqulyasiyası həyata keçirilir. Spesifik müalicə işlənib ha-
zırlanmamışdır.
Dostları ilə paylaş: