Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Tropikaloid xorası (Kastellani xorası, oazis xorası, qumluq xorası)



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə322/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   318   319   320   321   322   323   324   325   ...   446
DERMATOLOGİYA-dərslik 1

Tropikaloid xorası (Kastellani xorası, oazis xorası, qumluq xorası)
Şimali və mərkəzi Afrika, müxtəlif subtropik iqlimli bölgələrdə rast gəlinir.
Klinik şəkil.Baldırın 1/3 hissəsində sudurcuqlar və qovuqlar yaranır, sonralar ikxoroz
iyi üfunətli olmayan az ağrılı xoralara çevrilirlər. Sudurcuqların möhtəviyyatında Micro-
coccus mycetoides Castellani tapılır; xoralarda piokokklar (stafilokokklar) üstünlük təş-
kil edirlər. Az miqdarda, kiçik, qeyri-parlaq iltihabi haşiyə ilə əhatə olunmuş, dibi irinli 
qartmaqla və ya psevdoqartmaqla örtülü xoralar qeyd olunur.Gedişatı-xroniki(1 ildən 
artıq),çapıqlaşmağa meyilli olmurlar.Xora sağaldıqdan sonra səthi,incə,hiperpiqmentli 
çapıq formalaşır.
Müalicə:”Tropik xoralar”-ra bax.
PERUAN ZİYİLİ
Sinonimlər: bartonelyoz, Oroya qızdırması, Karrion xəstəliyi – ağır infeksion xəstə-
lik olub dəridə çoxlu sayda qanayan ziyilvari törəmələr və kəskin nəzərə çarpan ümumi 
pozğunluqlar (intoksikasiya, qızdırma, revmatoid ağrıları, hemolitik anemiya) ilə təza-
hür edir.
Törədici – Bartonella bacilliformis Barton qram-mənfi çöplərdir, Romanovski-Gim-


437
za üsulu ilə boyanırlar, eritrositlərdə və daxili orqanların retikul-endotelial hüceyrələ-
rində aşkar edilirlər. 
İnfeksiyanın keçiriciləri: hünülərdir (Phlebotomus verrucarum, Phlebotomus nogus-
hi), bəzən Dermacenteor andersoni gənələri ola bilər.
Klinik şəkil. 
İnkubasiya dövrü 2-4 həftədir.
Xəstəlik simptomsuz infeksiya şəklində; nisbətən xoşxassəli zədələnmələr (peruan 
ziyili); yüksək temperatur, anemiya ilə bərabər bədxassəli ağır gedişli xəstəlik şəklində 
keçə bilər və ölümlə nəticələnə bilər (Oroya qızdırması).
Klinik əlamətlər mərhələsində daxili orqanlarda kəskin dəyişikliklər: qara ciyərdə, 
dalaqda, bağırsaqlarda və limfa düyünlərində nekrozlar və birləşdirici toxumanın iti-
habı nəzərə çarpır. Ümumi intoksikasiya simptomları xəstənin ümumi əhvalının kəskin 
ağırlaşmasına və komaya düşməsinə (1/3-dən çox hallarda 2-4 həftə ərzində xəstəlik 
ölümlə nəticələnir) səbəb olur. Xəstələrin 2/3-də 3-4 aydan sonra xəstəliyin simptom-
ları sönür, onların vəziyyəti yaxşılaşır, yəni xəstəlik yalnız kəskin faza ilə məhdudlaşır 
(Oroya qızdırması). 1-2 aydan sonra xəstəlik adətən növbəti – peruan ziyili mərhələ-
sinə keçir. Boynun, üzün dərisində, ətrafların açıcı səthlərində, bədənin üzərində çoxlu 
sayda xırda tünd qırmızı rəngdə papulyoz səpgilər əmələ gəlir ki, onlar da qaşınma ilə 
müşayiət olunurlar. Analoji elementlər həmçinin gözün konyunktivasında, ağızın, mə-
də-bağırsaq yolunun, sidik-cinsiyyət orqanlarının selikli qişasında əmələ gəlir. Sonralar 
səpgilər ziyilvari törəmələrə çevrilir və ölçüləri noxud dənəsi böyüklüyünə çatır, qan və 
limfa damarları ilə zəngin olurlar (tut meyvəsini, quruluşuna görə isə piogen qranulema-
nı xatırladır). Bu törəmələr asanlıqla qanayır, xoralaşır və piokoklarla infeksiyalaşa bilir. 
Qida borusunda və mədədə şişəbənzər damar törəmələrinin əmələ gəlməsi disfagiyanın, 
qanlı qusmanın, urogenital yolda isə hematuriyanın və uşaqlıq yolunda qanamaların baş 
verməsinin səbəbkarı ola bilər.
Proses 2-4 ay ərzində tədricən geriyə inkişaf edir. Ziyilvari törəmələrin xoralaşması 
yerində çapıqlar qalır. Xəstəliyin bu mərhələsi, bir qayda olaraq, qənaətbəxş gedir, lakin 
dəridə səpgilərin residivləri və daxili orqanlarda zədələnmələr baş verə bilər. 
Müalicəsi. Ağırlaşmaların profilaktikası məqsədilə antibiotik terapiyası təyin olunur, 
ziyilvari törəmələrin elektrokoaqulyasiyası həyata keçirilir. Spesifik müalicə işlənib ha-
zırlanmamışdır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   318   319   320   321   322   323   324   325   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin