434
irəvi formada eroziyalar yaradırlar.Sonralar eroziyalarda epitelizasiya baş verir və yerin-
də piqmentləşmə gedir.Səpgilərin sabitləşməsi ilə birlikdə,dərinin şişkinliyi və sərtliyi
azalır,subyektiv əlamətlər itir.Müvafiq (rasional) müalicə aparılmadıqda sudurcuqların
residivləşməsi, əl və bəzən ayaqda fillilik əlaməti yarana bilər.Bir çox hallarda xəstəliyin
gedişatı uzana bilər.Bu zaman bir neçə dalğa sudurcuqların yaranması müşahidə olunur.
Təkrarlanan residivlərdən sonra və rasional müalicə aparılmadıqda əllərin (və ya pəncə-
nin) filliliyə meylliyi yaranır.
Differensial diaqnozu loaoz zamanı ödemlə, erizipeloidlə aparmaq lazımdır.
Tropik piomiozit (tropik dermatomozit)
Dərin tropik piodermiyanın formasıdır.Tropik piodermiyada dəri,dərialtı piy toxu-
ma və yaxın yerləşən toxumalar zədələnir(törədici-əsasən stafilokokk). Xəstəlik qəfil
titrətmə, qızdırma(39 C0 və yuxarı), baş ağrıları, aşağı ətrafın əzələ ağrıları ilə başlayır.
Zədələnmiş əzələ nahiyəsinin dərisi ödemli, hiperemiyalı, gərgin və palpasiya zamanı
ağrılı olur. Əsasən bərkləşmiş əzələ nahiyəsində bir həftədən sonra yumşalma və fluktu-
asiya yaranır(bəzi hallarda bir neçə ocaq qeyd olunur). Sonralar absseslər spontan açı-
laraq böyük xoralar yaranır. Zəifləmiş insanlarda güclü antibakterial terapiya və cərrahi
müdaxiləsiz, xəstəlik çox ağır gedişata malik olur və ölümlə nəticələnə bilər.
Differensial diaqnoz karbunkul,qummoz xora,leyşmanioz,dərin mikozlar,dermato-
miozit və dərin flebitlərlə aparılır.
Dostları ilə paylaş: