Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə326/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   322   323   324   325   326   327   328   329   ...   446
DERMATOLOGİYA-dərslik 1

 Müalicə:
benzatinbenzilpenisillin 2,4 mln vah. ə/d №3 ədəd 7 gündə 1 dəfə, və ya 
siprofloksasin 0,5 q dozada sutkada 2 dəfə daxilə 7-10 gün ərzində, yaxud penisillin 1 
mln vah. sutkada 4 dəfə ə/d xora nahiyəsində ödem itənə qədər, sonra ampisillin daxilə 
0,5 q dozada sutkada 4 dəfə və ya oksasillin 0,5 q dozada sutkada 4 dəfə 7-10 gün ərzin-
də təyin olunur. Həmçinin qara yara əleyhinə zərdab yeridilir, yerli olaraq antibiotiklərlə 
birgə məlhəm işlədilir.
Erizipeloid
Donuz qızılyel xəstəliyinin törədicisi (Erysipelothrix rhusipathiae) ilə törədilir. Eri-
zipeloid əsasən heyvanların cəmdəyini, onların ətini və ət məhsullarını emal edən və 
əllərin dərisinin, bəzən isə digər sahələri zədələyən (kəsiklər, iti uclu sümüklə deşmələr 
və s.) işçilər arasında inkişaf edir. Erizipeloidin dəri, dəri-oynaq və generalizə olunmuş 
formaları ayırd olunur. 
Dəri formasının klinik şəkli: əllərdə, nadir hallarda – biləkdə, üzdə, aşağı ətraflarda 
eritematoz lövhəcik əmələ gəlir ki, o, sianotik rəngə çalır və periferiyaya doğru qabar-


440
mış valcıqlı (nəlbəki şəklində) və infiltrasiyalıdır. Şəffaf və ya hemorragik möhtəviyya-
tı olan qovuqlar əmələ gəlir. Pustulizasiya, yüksək temperatur, titrəmə əlamətləri nəzərə 
çarpmır. Regonar limfadenit, limfangit mümkündür. Xəstəliyin davametmə müddəti 2-3 
həftəyə qədər uzanır. Oynaq simptomatikası (artrit əlamətləri, ağrılı, xronik gediş zama-
nı – oynaqların deformasiyası) mümkündür.
Diaqnoz anamnez məlumatlarına, klinik şəklinə əsaslanaraq və törədicinin kultura-
sını əldə etdikdə qoyulur. 
Qızılyel xəstəliyi («alov dilləri», qovuqlar, intoksikasiya), dolama (panarisium, irin-
ləmə əlamətləri), həqiqi ekzema (sulanma əlamətləri) ilə diferensiasiya edirlər.
Müalicə:
penisillin 1 mln vah. ə/d sutkada 4 dəfə 5-7 gün ərzində, yaxud eritromitsin 
0,25 q daxilə sutkada 4 dəfə 5-7 gün ərzində təyin olunur. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   322   323   324   325   326   327   328   329   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin