DİGƏR BAKTERİAL İNFEKSİYALARIN DƏRİ ƏLAMƏTLƏRİ Dərinin difteriyası Tropik iqlimə malik ölkələrdə kifayət qədər tez-tez rast gəlir. Törədicisi – Coryneba-
cterium diphtheriae (Klebs-Leffler basilləri) sayılır. Dərinin difteriyası birincili və ikin-
cili ola bilər.
Dərinin birincili (yara) difteriyası cırmaq yerlərinin, sıyrıntıların difteriya çöpləri ilə
infeksiyalaşması nəticəsində inkişaf edir.
Dərinin ikincili difteriyası – infeksiyanın burun-udlaqdan inokulyasiyasının və ya
yanaşı əmələ gələn dəri səpgilərinin infeksiyalaşmasının (piodermiya, ekzema və s.) nə-
ticəsidir.
Zədələnmələrin dərinliyinə görə dərinin səthi və dərin difteriyası ayırd olunur. Də-
rinin səthi difteriyası zamanı ekzema və ya piodermiya ocaqlarında məhdud yerləşmiş
yaşıl-boz ərplər əmələ gəlir; regionar limfa düyünləri böyüyərək bərkiyir, ağrılı olurlar.
Dərinin difteriyasının bu növü nisbətən xoşxassəli gedişə malikdir. Dərinin dərin difte-
riyası zamanı (ətraflar, perianal sahə, xarici cinsiyyət orqanları, uşaqlığın boynu, uşaqlıq
yolu, uretra zədələnir) ağrılı pustula əmələ gələrək hamar kənarları və iltihab haşiyəsi
olan ağrılı xoralara çevrilir və müxtəlif rənglərə (sarı, boz, qəhvəyi) çalan bərk yapışmış
nəm ərplə örtülmüşdür. Ərpi qoparmağa cəhd göstərdikdə ağrı əmələ gəlir və çox vaxt
qanayır. Belə vəziyyətdə xora bir neçə aya qədər qala bilər. Bəzi hallarda fleqmonoz və
ya qanqrenoz dəri difteriyası inkişaf edir ki, bu da dərinin və yaxın toxumaların geniş
destruksiyasına gətirib çıxarır, ağır ümumi vəziyyətlə, sepsislə (letal nəticəyə qədər) mü-
şayiət olunur.
Diaqnostika: ərpdə və zədələnmiş toxumalarda difteriya çöplərinin aşkar edilməsi-
nin; kultural müayinələrin; biopsiya materialının patoloji-histoloji müayinəsinin əsasın-
da qoyulur.
Müalicə: difteriya əleyhinə zərdab, 1 kq bədən çəkisinə 2-5 min vah. ə/d yeridilir;
penisillin sutkada 4 dəfə 1-2 mln vah ə/d 5-6 gün ərzində, yaxud rifampisin 0,25 mq
439
dozada sutkada 2 dəfə 5-6 gün ərzində təyin edilir.