Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə327/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   323   324   325   326   327   328   329   330   ...   446
DERMATOLOGİYA-dərslik 1

Manqo (Sap)
Ağır infeksion xəstəlikdir. Manqo ilə xəstə heyvanlarla (atlar, uzunqulaqlar, qatır, 
zebra) təmasda olan şəxslər xəstələnirlər. Asiyada, Afrikada, Cənubi Amerikada rast 
gəlir. Törədicisi Pseudomonas mallei – qram-mənfi çöplərdir, Kox mikobakteriyalarına 
bənzəyir. İnsanın yoluxması xəstə heyvanlara qulluq etdikdə dəri örtüklərinin və selikli 
qişaların tamlığı pozulduqda baş verir. 
Manqonun kəskin forması. Törədicinin daxil olduğu yerdə (üz, burun nahiyəsi, yuxa-
rı ətraflar) 3-5 günlük inkubasiya dövründən sonra ağrılı kəskin iltihablı düyün əmələ 
gələrək tezliklə xoraya çevrilir və limfangit və regionar limfadenitlərlə müşayiət olunur. 
Qızdırma, kəskin zəiflik, əzələ və oynaq ağrıları, mədə-bağırsaq pozğunluqları müşa-
hidə edilir. Çoxlu sayda pustula, qovuqcuq, xoralaşan düyünlər meydana çıxır ki, onlar 
da təkcə dərini deyil, həm də əzələləri zədələyir. Burunda əmələ gələn oxşar səpgilər 
tənəffüsü çətinləşdirir və tənəffüs yollarının selikli qişasına yayılır. Bronxopnevmoni-
ya inkişaf etdikdə letal nəticə ilə başa çatır. Xronik formada düyünlər dəridə və daxili 
orqanlarda əmələ gəlir; prosesə ağciyərlər, oynaqlar, sümüklər də cəlb olunur. Düyünlər 
uzun müddət sağalmır, serpinqləşən xoraya çevrilir, fistullu yollar əmələ gəlir. Bu forma 
illərlə uzana bilər və dövri şəkildə kəskinləşir. Prosesin növbəti aktvləşməsi nəticəsində 
ölüm baş verə bilər. Septik forma: çoxlu sayda nekrotik dəri absesləri, çoxlu polimorf 
səpgilər nəzərə çarpır; sinir sisteminin (meningitlər), oynaqların (artritlər) zədələnməsi 
daha çox qeyd olunur, hepatosplenomeqaliya baş verir, sinusitlər, faringitlər, pnevmoni-
ya inkişaf edir. Letal nəticə 90% hallarda baş verir.
Diaqnostika:
klinik-epidemioloji məlumaların; dəridəki səpgi elementlərindən ha-
zırlanmış preparatlarda və qanda törədicinin aşkar edilməsinin; törədicinin kulturasının 
əldə ounmasının əsasında aparılır.
Furunkullarla, səpginin yayılması mərhələsində – təbii çiçək, pustulyoz və vezikul-
yoz sifilidlərlə diferensiasiya edirlər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin