Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə325/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   321   322   323   324   325   326   327   328   ...   446
DERMATOLOGİYA-dərslik 1

Qara yara (Sibir xorası)
Ağır toksik-infeksion xəstəlik olub Bacillus anthracis tərəfindən törədilir. Yolux-
ma xəstə heyvanlar (qoyunlar, iribuynuzlu qaramal, atlar, keçilər) ilə təmasda olduqda, 
yaxud onların dərisini, gönlərini, yununu emal etdikdə, çox nadir hallarda – xəstə şəxs-
dən keçir. Qara yara ilə əsasən heyvandarlıq fermalarının, sallaqxanaların, dəri-gön sə-
nayesinin işçiləri xəstələnirlər. Yoluxma zədələnmiş dəridən (dəri forması), az hallarda 
– törədicinin sporlarını udduqda (ağ ciyər forması) və ya infeksiyalaşmış və yaxşı bi-
şirilməmiş ətdən istifadə etdikdə mədə-bağırsaq yolu ilə (bağırsaq forması) keçir. Qara 
yaranın dəri formasının inkubasiya müddəti adətən 2-3 gün təşkil edir. Dəri prosesinin 
ən çox rast gələn lokalizasiyası – üz, boyun, əllərdir.
Klinik şəkil:
törədicinin daxil olduğu yerdə qaşınan qırmızı ləkə əmələ gəlir ki, 
o da zirvəsində qovuqcuq olan papulaya çevrilir. Qovuqcuq içərisində qırmızı möhtə-
viyyatla dolu pustulaya çevrilir; pustula deşilir və yerində qara rəngli nekrotik qartmaq 
əmələ gələrək periferiyaya doğru böyüyür. Qartmağın ətrafında qız qovuqcuqlar əmələ 
gəlir ki, onlar da eyni dəyişikliklərə məruz qalırlar. Nekroz ocağının periferiyası boyun-
ca yumşaq toxumaların kəskin ödemi inkişaf edir. Zədələnmə ocağında ağrı hissiyyatı 
xarakterik deyil. Regionar limfa düyünləri böyüyür, bəzi hallarda isə irinləşir.
Xəstəliyin gedişi:
qara yara ödemi kəskin intoksikasiya, ağciyərlərin, bağırsağın, 
beyin qişalarının, endokardın zədələnməsi, az hallarda – septisemiya ilə təzahür edir.
Diaqnostikası xəstəliyin klinik əlamətlərinə, eroziyalardan götürülmüş yaxmalarda, 
qovuqcuqların möhtəviyyatında qara yara çöplərinin aşkar edilməsinə əsaslanmışdır; pe-
riferik qanda neytrofil leykositoz aşkar edilir.
Qara yaranı karbunkul, qanqrenoz bərk şankr, qızılyel xəstəliyi, fleqmona ilə diferen-
siasiya edirlər. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   321   322   323   324   325   326   327   328   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin