Differensial diaqnoz: yalançı pyedra və baş bitlərinin sirkələri ilə aparılır. Yalan-
çı pyedra bakteriyalar tərəfindən törədilir, onun differensial diaqnostikasında kultural
müayinə aparmaq lazımddır. Baş bitlərinin yumurtaları (sirkələri) bozumtul-ağ rəngdə
olub tüklərə kip yapışırlar. Xəstəlik güclü qaşınma, sıyrıntıların yaranması ilə müşayiət
olunaraq vulqar impetiqo, follikulitlər, bəzən furunkullarla ağırlaşır.
Müalicə: saçların qırxılması, yerli antimikotiklərin məhlulları, kremlər, məlhəmlər,
aerozollar, şampunlar şəklində tətbiq olunur.
Profilaktika: dermatoloqun məsləhəti, saçlara düzgün quluq göstərilməsi üzrə kos-
metoloqun məsləhəti.
Qoltuqaltı trixomikoz Psevdomikozlara aiddir. Qoltuqaltı nahiyənin və qasıq nahiyəsinin tüklərinin kutiku-
lasının bakterial zədələnməsidir, dəri zədələnmələrinin əlamətləri olmadan düyüncüklə-
rin yaranması ilə müşayiət olunur. Törədicisi Nocardia (corynebacterium) tenuis Castel-
lani çox vaxt piqment əmələ gətirən kokklarla birgə rast gəlir.
Xəstəliyin inkişafına əlverişli şərait yaradan amillər: həddən artıq tərləmə, gigiyena
qaydalarının gözlənilməməsi.
Yoluxma yolları: xəstə şəxsdən, onun alt paltarları və məişət əşyaları ilə.
Gedişi: müalicə tədbirləri aparılmadıqda xronik sürür.
Ən çox rast gələn lokalizasiya: qasıq və qoltuqaltı nahiyənin tüklərinin kutikulası.
Klinik şəkil: tüklərin üzərində sarı, bəzən qırmızı və ya qara rəngli, yumşaq konsis-
tensiyalı düyüncüklər aşkar edilir. Düyüncüklər birləşir və tükləri örtük kimi bürüyür;
toxunduqda onların selikli (kokkivari basillyar mikroorqanizmlərdən ibarətdir) olduğu
görünür. Tüklər tədricən kövrəkləşir, qırılır, bir-biri ilə yapışır, tərlə və xəstənin paltarı
ilə qarışır.
Histopatologiya: Epidermis və dermada dəyişiklik yoxdur.