448
Diaqnoz:
qanda, limfa düyünlərinin punktatında və bioptatlarda törədicinin aşkar
edilməsinin; xəstənin qanı ilə dəniz donuzlarının yoluxdurulmasının əsasında qoyulur.
Müalicə: böyüklərə – suramin v/d 1 q dozada xəstəliyin 1, 3, 7, 14, 21-ci günü (0,1-
0,2 q ilə sınaq qoyduqdan sonra); uşaqlara – 20 mq/kq və ya pentamidin – ə/d 10 inyek-
siya (1 inyeksiyaya 4 mq/kq olmaqla) 10-20 gün ərzində təyin olunur.
Amerika tripanosomozu
Tripanosomaların dəriyə daxil olduğu yerdə (adətən 1 həftədən sonra) «şaqoma»
əmələ gəlir – tünd qırmızı rəngli limfangit və regionar limfadenit ilə müşayiət olunur.
Törədici gözün selikli qişasından daxil olduqda konyunktivit və göz qapaqlarının, üzün,
alnın, gicgah nahiyəsinin ödemi (Romanyi simptomu) inkişaf edir, parazitar zobun
yaranması da mümkündür. Dəridə xırda ləkəli səpgilər əmələ gələ bilər ki, onlar da 3
həftəyə qədər qalırlar. Ürək çatmamazlığı, hepatosplenomeqaliya meydana çıxır; me-
ninqoensefalitlərin inkişaf etməsi xəstənin ölümünə səbəb olur.
Müalicə:
kəskin mərhələdə - nifurtimoks sutkada 8-10 mq/kq gündə 4 dəfə 4 ay
ərzində daxilə, yaxud benznidazol – sutkada 5 mq/kq daxilə gündə 2 dəfə 2 ay ərzində
təyin olunur.
Malyariya
Törədiciləri - 4 növ plazmodilərdir ( P. Vivax,P. Malariae, P. Falciparum, P. Ovale).
Xəstəliyin mənbəyi- xəstə insandır ( parazitgəzdirici). Xəstəliyi yoluxduran isə- Anop-
heles cinsindən olan ağcaqanadlardır.
Çox zaman universal qaşınma və dəri quruluğu (kseroz), ağır gediş zamanı üzün və
ətrafların, bəzən bütün bədənin ödemi müşahidə olunur. Bu xəstəlik üçün “malyariya
ləkələri” xarakterdir, belə ki, törədicinin toksinlərinin damar divarına təsiri nəticəsində
hemorragik sindrom əlamətləri- dəri və selikli qişalarda hemorragik ləkələr, burundan,
ağızdan, udlaqdan qan gəlməsi müşahidə oluna bilər. Reyno xəstəliyi, akroasfiksiyanı
xatırladan əlamətlər, düyünlü eritema tipində gedən herpesşəkilli səpgilər, tük və dırnaq-
ların distrofik dəyişiklikləri, dəri və selikli qişaların disxromiyası, açıq sahələrdə pel-
laqroid dermatiti (“malyarikin maskası”), mümkün piodermiyalar, abseslər, aşağı ətrafın
qanqrenası da qeyd olunmuşdur.
Dostları ilə paylaş: