Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə344/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   340   341   342   343   344   345   346   347   ...   446
DERMATOLOGİYA-dərslik 1

Diaqnostika və müalicəsi: 
”Vuxererioz”a bax.
ONXOSERKOZ
Onxoserkozda helmintin sürfələrinin təsiri nəticəsində dəri, dərialı toxuma, limfa 
sistemi və görmə üzvü zədələnir (korluğa qədər). Erkən simptomları- dəridə qaşınma 
və müxtəlif lokalizasiyada polimorf səpgilər: yayılmış, kiçik, ləkəli və düyüncüklü ele-
mentlər, qruplaşmış köpüşüklər, güclü qaşınma (“filyarioz qoturluq”), xroniki dermatit 
əlamətləri, indurasiyalı, xoracıqlı, qabıqlı erizipeloidli iltihab. Getdikcə dəri nazikləşir, 
quru, qırışlıdır, kəpəklənir (“ qocalıq dermatit” ini xatırladır), disxromiya, limfadenopa-
tiya əmələ gəlir. Yetişmiş helmintin təsirindən əmələ gələn onxoserkozun klinikası dəri-
altı toxumada parazitin ətrafında toyuq yumurtası böyüklüyündə, bərk, ağrısız, hərəkətli, 
afrikalılarda ətraflarda və bədəndə, amerikalılarda isə başda lokalizasiya edən düyünün 
(onxoserkomanın) formalaşması ilə xarakterizə olunur.
Diaqnostika:
epidemioloji, anamnestik və klinik məlumatların qiymətləndirilməsi. 
Zədə ocağından götürülmüş səthi bioptatda dəri və onxoserkomanın möhtəviyyatında 
mikrofilyari aşkar edilir.
Müalicə: 
Daxilə 150mkq/kq ivermektin (mektizan) 10- 15 il müddətinə hər 6 aydan 
bir qəbul etmək lazımdır. Suramin (antripol, moranil, germanin) suda və ya fizioloji 
məhlulda 10 % li vena daxilinə 10 gün müddətinə vurulur.


455
LOAOZ
Törədicisi- çox da böyük olmayan nematoda loa loa- dır. Son sahib insandır. Yetişmiş 
filyariyalar dərialtı toxumada seroz təbəqənin altında və konyuktivada parazitlik edirlər. 
Onun sürfələri (mikrofilyariyalar) gecə daxili üzvlərin damarlarında, gündüz isə dərinin 
periferik damarlarında olur. Aralıq sahib və ötürücülər slepnidir. Loaozda əsasən dəri, 
görmə üzvü, bəzən də cinsiyyət üzvləri yoluxur. Xəstəlik ətrafların və üzün dəri və dəri-
altı toxumalarında efemer miqrasiya edən bərk şişlərlə xarakterizə olunur. Bu şişlər bir 
neçə saat və ya bir neçə gün qalır və spontan sağalır. Güclü dəri qaşınması, urtikar səp-
gilər, dizurik pozğunluqlar (helmintin uretraya keçməsi ilə əlaqədar olaraq ağrılı sidik 
ifrazı), yanğı hissi, ağrı, dərinin altı ilə nəyinsə sürünməsi hissi olur.
Diaqnoz klinik əlamətlər, loaozun endemik zonası üçün xarakter anamnez, qanda 
mikrofilyarilərin tapılmasına (ən çox gündüz saatlarında) əsasən qoyulur.
Müalicə:
dietilkarbamazin (ditrazin, getrazan, notezin, banosid). 1-ci gün 0.05 q 
daxilə yeməkdən sonra, 2- ci gün 0.05 q, 3- cü gün 0.1 q, 4-21 ci gün 2 mq/kq. Müalicə 
kursu 21 gündür.
Profilaktika məqsədilə dietilkarbamazin həftədə 0.3 q qəbul olunur.
Böyük helmintləri cərrahi yolla çıxarırlar.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   340   341   342   343   344   345   346   347   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin