Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə340/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   336   337   338   339   340   341   342   343   ...   446
DERMATOLOGİYA-dərslik 1

SPARQANOZ (DİFİLLOBOTRİOZ)
İnsanın dərisi,dərialtı toxuması və əzələlərində enli lent qurdunun yumurtaları (ple-
oserkoidləri) tərəfindən törənən helmintozdur. Yoluxma tərkibində proserkoidlər olan 
qaynanmamış suların istifadəsi və müalicəvi məqsədlə dəriyə yoluxmuş quş və donuz 
ətinin qoyulması zamanı baş verir. Zədələnmə ocaqlarında şişkin, mərkəzində hərəkət 
edən lentvari qurdun sürfələri olan ağrılı düyünlər olur ; çoxlu abseslər və septisemi-
yalar da mümkündür. Sürfələr məhv olandan sonra aydın nəzərə çarpan iltihab və toxu-
manın destruksiyası saxlanılır, eozinofiliya xarakterikdir. Ətrafların limfa damarlarının 
zədələnməsi zamanı məhdud fillik əlamətinin meydana gəlməsi mümkündür.
Müalicə.
Prazikvantel 10mq/kq daxilə birdəfəlik, niklozamid (vomesan) 2 q birdəfə-
lik, müalicə ərəfəsində və müalicə günü yüngül həzm olunan qidalanma təklif edilir.
ASKARİDOZ
Əsasən uşaqlarda rast gəlinir. Orqanizmdə insan askaridinin (Ascaris lumbricoides) 
parazit həyat sürməsi nəticəsində baş verir; helmintoz hər yerdə rast gəlinir. Klinik tə-
zahürləri orqanizmin allergizasiyasının dərəcəsindən asılıdır. Yoluxmanın başlanğıc 
mərhələsində dəri təzahürləri çoxlu köpüşüklərlə, bəzən vezikulalarla və güclü qaşın-
ma, sonrakı dövrdə isə residivləşən övrə, dərinin quruması, onun yüngül kəpəklənməsi, 
mərkəzəqaçan eritema elementləri ilə xarakterizə olunur. 
Müalicəsi. 
Albendazol, 0.4 q daxilə birdəfəyə və ya mebendazol (vermoks) daxilə 
0.1 q- dan 3 gün və ya pirantel- pamoat 11mq/kq birdəfəyə (maksimal doza 1 q); yayıl-
mış invaziyada levamizol (dekaris) 0.15 q daxilə birdəfəlik (uşaqlarda 2.5 mq/kq). 
ENTEROBİOZ
Tropik ölkələrdə insanların ən geniş yayılmış helmintozlarındandır (törədici- Ente-
robius vermicularis). İnsanın nazik bağırsağının aşağı şöbəsində və yoğun bağırsaqda 
parazitlik edir. Adətən yoluxmadan bir-iki həftə sonra güclü gecə qaşınması, yanğı hissi-
yatı, perianal sahədə və aralıqda tərpəniş (dişilərin bağırsaqdan miqrasiyası nəticəsində) 
qeyd edilir. Ekskoriasiyalar impetiqo, ektima, follikulitlər, furunkullar və ekzematiza-
siyaların meydana gəlməsinə səbəb olur. Qadınlarda bizquyruq qurdların xarici cinsi 
orqanlara inokulyasiyası nəticəsində vulvovaginitlərin inkişafı mümkündür. 
Müalicəsi.
Albendazol 0.4 q daxilə birdəfəyə. Preparatın qəbulunu 2 həftədən sonra 
təkrarlamaq və ya mebendazol 0.1 q- dan daxilə birdəfəyə, 2 həftədən sonra təkrarlamaq. 


452
Göstərilən dəri ağırlaşmalarında antibiotiklərlə, rəngləyicilərlə, tərkibində antibiotiklər 
olan kombinə olunmuş kortikosteroidlərlə aparmaq lazımdır. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin