Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Müalicə. Albendazol 0.4 q sutkada 3 gün, tiabendazol 25mq/kq daxilə iki gün, iver- mektin gündə 200 mkq/kq iki gün. TRİXİNELLOZ



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə342/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   338   339   340   341   342   343   344   345   ...   446
DERMATOLOGİYA-dərslik 1

Müalicə.
Albendazol 0.4 q sutkada 3 gün, tiabendazol 25mq/kq daxilə iki gün, iver-
mektin gündə 200 mkq/kq iki gün.
TRİXİNELLOZ
Törədici- Trichinella spiralis. Yoluxma helmintlərlə invaziyalaşmış heyvan ətinin çiy 
və ya tam bişməmiş şəkildə yeyilməsi zamanı baş verir. Xəstəlik qızdırma və yayılmış 
əzələ ağrıları ilə başlayır. Bir qədər sonra tənəffüsün çətinləşməsi, dil və çənənin iflici, 
göz qapaqları və sifətin, udlaq ətrafı toxumanın şişməsi, dərinin dermatomioziti xatır-
ladan diffuz şişməsi və gərginləşməsi müşahidə edilir. Ətrafların dərisində keçici ləkəli- 
papulyoz və hemorragik səpgilər, dırnaqların altında hemorragiyalar meydana gəlir. Dəri 
bioptatının tədqiqi zamanı adətən parazitlər aşkar olunur. Səpgilərin reqresi 2-3 həftədən 
sonra baş verir.


453
Müalicəsi. 
Mebendazol 0.3q-dan 3 gün daxilə, sonra 0.5 q- dan 10 gün və 40-60 mq 
prednizolon daxilə 3-5 gün müddətində; tiabendazol 25mq/kq/sut 3 dəfəyə 7- 10 gün 
müddətində daxilə.
LARVA MİGRANS SİNDROMU (MİQRASİYAEDƏN SÜRFƏ)
İnsan orqanizmində dəri və daxili orqanları zədələyən bir neçə nematodların miqra-
siya edən sürfələrinin törətdiyi xəstəlik hallarını birləşdirir. 
Törədiciləri. Ancylostoma braziliense; Ancylostoma caninum, Uncinaria stenocep-
hala (it paraziti); Bunostomum phlebotomum (iribuynuzlu mal-qaranın paraziti); Ancy-
lostoma duodenale və Necator americanus (insan paraziti). Helmint yumurtaları qumlu 
torpaqlarda isti yerlərdə sürfələrə çevrilir. Dəridən insan orqanizminə daxil olur. Təhlükə 
altında olan kontingentlər: kənd təsərrüfatı işçiləri, uşaqlar, çimərlikdə dincələnlər.
Larva currens zamanı Strongiloides stercoralis (bağırsaq uqritsası) sürfələrinin də-
ridən daxil olduğu yer və onların dərialtı hərəkət yolu qaşınan papula, papula-vezikul, 
köpüşük və qırmızımtıl dalğavari (“artan”) zolaqlarla müşaiyət olunur. 
Səpgi elementlərinin dalğavari olması və onların yayılması dərinin miqrasiyaedici 
sürfələrlə yoluxmasına şübhə yaradır. Xəstəlik müstəqil olaraq bir-iki ay davam edir. 
Ən çox zədələnir: perianal nahiyə, sağrılar, budlar, qarın, kürək, çiyinlər. Dermatitlərin, 
ekzematizasiyaların, ikincili piodermiyaların inkişafı mümkündür. İtlərin və pişiklərin 
toksokarlarının miqrasiyaedən sürfələri və insan askaridləri daxili orqanları zədələyir. 
Allergik səpgilər mümkündür, eozinofiliya xarakterikdir, qaraciyər böyüyür, pnevmonit 
xarakterikdir.
Müalicə. Tiabendazol daxilə 50 mq/kq/sut hər 12 saatdan bir 5 sut. Albendazol daxilə 
400 mq/sut,3 sut. Yerli kortikosteroidlər. Sürfələrin dəridə hərəkət etdiyi nahiyəyə maye 
azot.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   338   339   340   341   342   343   344   345   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin