Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə341/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   337   338   339   340   341   342   343   344   ...   446
DERMATOLOGİYA-dərslik 1

DƏRİ ANKİLOSTOMİDOZLARI
Ankilostomidozların törədiciləri Ankylostoma duodenale və Necator americanus- 
bağırsaq parazitləridir. İnsan nəcisi ilə xaric olan parazitin yumurtaları xarici mühitdə in-
vaziv sürfələrə çevrilir. Sürfələr “torpaq qoturluğu”, “su qoturluğu”, “filiz çıxardanların 
səpgisi” adı ilə məlum olan dəri zədələnmələri törədir. Sürfələrin daxil olduğu yerdən- 
daha çox əldə ayaqlarda və barmaqarası büküşlərdə, oynaqlarda ayaq altında qaşınma 
və yanğı hissi, məhdud ləkəli, papulyoz, papulo- vezikulyoz və ya vezikulo- bullyoz 
səpgi, ovucun içində isə ödem və qeyri- düzgün formalı urtikar elementlər əmələ gəlir. 
Səpgilər çox vaxt piodermiya ilə ağırlaşır və iki-üç həftədən sonra sağalır. Xəstəliyin 
sonrakı mərhələsində dəri və selikli qişaların sarıya çalan avazıması (sorucuların törət-
diyi anemizasiyanın nəticəsi), tək-tək polimorf elementlər, hipopiqmentasiyalar, ümumi 
intoksikasiyanın əlamətləri müşahidə edilir. 
Müalicəsi. 
Albendazol 0.4 q-dan birdəfəlik, pirantel- pamoat 11mq/kq/sut 3 gün; 
levamizol 0.1 q sutkada 2 dəfə 3 gün, mebendazol 0.1 q / sut 3 gün; yerli: qaşınma və 
iltihabəleyhinə vasitələr. 
STRONGİLOİDOZ
Sinonimləri: torpaq qaşınması, Larva currens (“qaçan sürfələr”).
Törədici- bağırsaq uqritsası (Strongeloides stercoralis Bavayi) sayılır. İnvaziyanın 
erkən mərhələsində allergik reaksiyalar baş verir; sürfələrin daxil olduğu yerdə poli-
morf qaşınan səpgilər, dermatit əlamətləri; qanda- eozinofiliya (“torpaq qaşınması” ilə 
differensiasiya vacibdir) müşahidə edilir. Gecikmiş mərhələlərdə izomorf reaksiya ilə 
sürünən səpgi- Larva currens müşahidə edilir. Proses perianal nahiyədən başlayır və 
budun, sağrının, qarnın və gövdənin yan səthlərinə yayılır. Baldır, ayaqaltı. əllər, cinsi 
orqanlar zədələnmir. Orta dərəcəli qaşınma, damarlar boyu xəttvari, sürünən, valcığa 
oxşar köpüşük qeyd edilir. Bunlar saatda 10 sm sürətlə yayıla bilər (sürfələrin dəridə 
aktiv yerdəyişməsi). 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   337   338   339   340   341   342   343   344   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin