Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Diaqnoz: qanda törədicinin tapılmasına əsasən qoyulur. Müalicə



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə337/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   333   334   335   336   337   338   339   340   ...   446
DERMATOLOGİYA-dərslik 1

Diaqnoz:
qanda törədicinin tapılmasına əsasən qoyulur.
Müalicə.
Malyariya əleyhinə və ümumi möhkəmləndirici preparatlar.
Toksoplazmoz
Törədicisi- Toxoplasma gondii-dir. İnsan ev heyvanlarından qida yolu ilə ( inək, do-
nuz, dovşan, pişik) və qida məhsulları vasitəsilə yoluxur. Dəri örtüyü tərəfindən aşağıda-
kılar qeyd olunur: damar və hemorragik ləkələr, düyünlər, vezikulalar, köpüşüklər, skar-
latinayabənzər qabıqlanma, torlu livedo, keçəllik, generalizə olunmuş limfoadenopatiya, 
əzələ bərkimələri (kalsifikatlar).


449
Diaqnoz:
klinik əlamətlərin olması, bioptatın histoloji müayinəsinin , qanın yax-
malarının mikroskopiyasının, limfa düyünlərinin punksiyasının nəticələrinə, seroloji 
müayinələrin (PZR, KBR, boyayıcı ilə reaksiya) cavablarına əsasən qoyulur, həmçinin 
toksoplazminlə dəri daxili sınaq da aparılır.
Müalicə:
daha çox pirimetamin( tindurin, xloridin) sulfanilamid preparatları ilə bir-
gə işlənir: pirimetamin 0.1-0.2 q gündə iki dəfə 2 gün ərzində, sonra 0.025 q. daxilə 
gündə bir dəfə 4-5 həftə ərzində; sulfadiazin sutkalıq 4-6 qram gündə 4 dəfə 4-5 həftə. 
Son illər qanyaranmanın zəifləməsinin profilaktikası kimi pirimetamini (birinci sutka 
0.2 q, sonra 0.1 q gündə bir dəfə) klindamisin (0.45q daxilə gündə 3 dəfə və ya 0.6q 
venadaxili gündə 4 dəfə) və kalsium folinatla(0.01 q daxilə gündə bir dəfə) birgə təyin 
etməyi məsləhət görürlər.
Dəri amöbiozu
Törədicisi- Entamoeba histolytica-dır. Adətən ikincili proses kimi qaraciyər absesi, 
bağırsaqdan törədicinin autoinokulyasiyası və ya infeksiya materialı ilə birbaşa kontakt 
nəticəsində inkişaf edir. Perianal və aralıq nahiyələrində, sağrıda, nadir hallarda ayaq və 
gövdədə, üzdə serpiqinoz eroziya və xoralar əmələ gəlir. Xoralar dərin, az ağrılı, kənar-
ları qaralmış, nekrotik dibli və xoşa gəlməz qoxulu olur. Elementlər iki il və daha artıq 
qala bilirlər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   333   334   335   336   337   338   339   340   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin