Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Diaqnoz: klinik şəkil, törədicinin nəcisdə, bioptatlarda və aspirasyon mayedə tapıl- masına əsasən qoyulur. Müalicə



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə338/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   334   335   336   337   338   339   340   341   ...   446
DERMATOLOGİYA-dərslik 1

Diaqnoz:
klinik şəkil, törədicinin nəcisdə, bioptatlarda və aspirasyon mayedə tapıl-
masına əsasən qoyulur.
Müalicə:
metronidazol (tinidazol), yodoxinol, diloksanid furoat, paromomisin (mo-
nomisin, aminozidin), tetrasiklinlər,dihidroemetin.
Helmintlər tərəfindən törənən dəri zədələnmələri
Şistosomozlar (bilqarsioz)
Bağırsaq, dəri və urogenital traktı zədələyən Schistomatidae ailəsindən olan sorucu 
qurdların bir neçə növü tərəfindən törədilir. Şistosomatoid (serkarial) dermatit hərəkətli 
sürfələrin (serkarilərin) insanın dəri və selikli qişalarına çirklənmiş su hövzələrindən ke-
çir. Allerqodermatozlar tipində gedir (ödemli eritema sahələri, köpüşüklər, qovuqcuqlar, 
qaşınma, lixenoid papullar), bəzən impetiginizasiya, ektima ilə ağırlaşır. Güclü ümum-
toksik reaksiya ilə şistosomatidli eritrodermiyanın inkişafı da mümkündür. Serkarilər ilə 
təkrar kontakt zamanı sensibilizasyon dermatit əlamətləri təşəkkül tapır.
Sidik-cinsiyyət şistosomozu tropik ölkələrdə geniş yayılmışdır. İnsan orqanizmi-
nin helmint metabolitləri ilə, proteolitik fermentləri ilə, helmintlərin özlərinin, onların 
yumurtalarının, konkrementlərinin mexaniki təsiri ilə şərtləndirilir. Cinsi yetişkən for-
maların qapı və sidik kisəsi venalarında yetişməsi ümumtoksik reaksiyalarla, sonradan
isə qaraciyər və dalağın böyüməsi ilə müşaiyət olunur. Ağrılı və tezləşmiş sidiyəgetmə 
aktları, terminal, sonra total hematuriya əlamətləri meydana çıxır. Sonrakı simptomati-
ka sidik-cinsiyyət orqanlarının divarının iltihabı, eroziyaların, xoraların (şistosomatozlu 
qabarcıqlar- törədicinin yumurtalarının yığını), sidik kisəsində papillomatoz törəmələrin 


450
yaranması, sidik kisəsi ,sidik axarları divarlarının kalsifikasiyası ilə əlaqədardır.
Ağırlaşmaları:
qadınlarda - xarici cinsiyyət orqanları, uşaqlıq boynu və uşaqlıq 
yolunda papillomatoz törəmələr, menstrual siklin əhəmiyyətli pozğunluqları, sonsuz-
luq. Kişilərdə - epididimit, prostatit, vezikulit, oliqoazospermiya. Hər iki cinsdə - cinsi 
orqanların psevdoelefantiazı, yumurtaların görmə orqanına, MSS-nə salınması, ağ ciyər 
arteriyasının emboliyası, cinsi orqanların xərçəngi müşahidə olunur. Uşaqlarda əqli və 
fiziki inkişafın ləngiməsinə təsadüf olunur.
Diaqnostika:
klinik şəkil, sistoskopiya, uroqrafiya, şistosom yumurtalarının sidikdə 
tapılması, endovezikal biopsiya, KBR, allerqosınaqların qoyulması.
Müalicə:
prazikvantel 20mq/kq 4 saatdan bir (2 qəbul) və ya oksamnikvin- 15mq/
kq birdəfəlik; ümumi möhkəmləndirici və simptomatik vasitələr. Kontrol müalicədən 
sonrakı 5-6 ay ərzində aparılmalıdır; immunloji reaksiyalar spesifik terapiyadan ən azı 
3 ay sonra mənfiləşir.
Profilaktika:
endemik zonalarda xəstələrin kütləvi müayinə və müalicəsi; düyü plan-
tasiyaları və su hövzələrində sanitar texniki tədbirlər; quyu və ayaqyoluların tikilməsi, 
insan ekskrementlərinin zərərsizləşdirilməsi; məişət sanitar-gigiyenik şəraitin yaxşılaş-
dırılması; serkarilərin sidik-cinsiyyət orqanlarına və ətraflara düşməsinin qarşısını alan 
xüsusi paltar və geyimin geyilməsi.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin