457
Yataq taxtabitiləri insanın dərisini zədələyir. Onların dişlədiyi yerdə (əllər, boyun,
sinə, xarici genitali, sağrı) qırmızı qaşınan ləkə, perifokal eritemalı papula və ya köpüşük
əmələ gəlir. 2-3 elementdən ibarət 1 xətt üzrə yerləşmiş səpgi qrupunun əmələ gəlməsi
xarakterikdir. Sensibilizə olunmuş insanlarda papulyoz övrə tipli yayılmış dəri reaksi-
yası, qovuqcuq və qovuğun əmələ gəlməsi müşahidə olunur. Ağırlaşmamış hallarda ele-
mentlər bir neçə günə çəkilir.
“Öpüşən” taxtabitilər insanın dərisinin selikli qişaya keçən yerini (dodaq və burun)
dişləyir. Dişləmə yerində mərkəzdə nöqtə olan papulyoz səpgi, herpesvarı yerləşmiş ve-
zikulalar, qəhvəyi rəngli yayılmış urtikarilər, elecə də hemorragik və bulloz elementlər
qeyd olunur.
Bitlər (baş, paltar, qasıq) insanın qansoran parazitləridir. Bitlilik insanın sanitar- gigi-
yenik rifahının qeyri- qənaətbəxş olmasının göstəricisidir. ABŞ- da hər il 6-10 mln uşaq
pedikulyozla xəstələnir. Bu xəstəlik Afrika və digər isti ölkələrdə geniş yayılıb.
Kəpənək qurdları insanın dərisinə düşdükdə dermatit əlamətləri yaradır. Tırtılın düş-
düyü yerdə 10- 20 dəqiqədən sonra yanğı və qaşınma hissi, şişkinlik- eritematoz zolaq
yaranır. İnsan həmin yeri qaşımaqla tırtılın tükcüklərini başqa yerə də keçirir və orada
yeni ləkəli və urtikar elementlər əmələ gəlir. Dermatit adətən 1-2 həftəyə reqressiyaya
uğrayır. Tırtılla təkrar təmas zamanı və həssaslıq olduqda ləkəli bulloz səpgi əmələ gəlir,
xəstəliyin gedişi uzanır. Müalicə simptomatikdir.
Dərinin bəzi böcəklərlə zədələnməsi böcəyin bədənindəki toksiki mayenin əzilməsi
nəticəsində dəriyə sürtülməsindən baş verir. Gün ərzində dəridə eritema şəklində cavab
təmas dəri reaksiyası baş verir. Şiş, müxtəlif forma və böyüklükdə qovuqlar (periferik
böyüməyə meylli) əmələ gəlir. Cüzi qaşınma olur. 2 həftə ərzində səpgilər keçib gedir.
Birənin (məməlilərdə, quşlarda parazitlik edir) dişlədiyi yerdə qaşınma, daha sonra
ləkə, papula, mərkəzində hemorragik nöqtə olan köpüşük və ya qovuqcuq əmələ gəlir.
Orqanizmin güclü allergizasiyası şəraitində papula, urtikarilər, güclü qaşınma ilə mü-
şaiyət olunan çoxformalı eritema şəklində elementlər meydana çıxır. Səpgi daha çox
baldır, sağrı və əllərdə olur. Amerika, Afrika və Asiyada bəzən tunqiaz (sarkopsilyoz)
xəstəliyinə rast gəlinir. Bu xəstəliyi qum (torpaq) birələri törədir. Bu zaman cinsiyyət
üzvlərində, perianal sahədə, baldır və əllərdə əvvəl ləkələr, sonra mərkəzində pustula
olan qaşınan düyüncüklər,
düyünlər, nekrotik xoralar, abseslər, limfangitlər, limfade-
nitlər əmələ gəlir. Septisemiya, bəzən tetanus, qazlı qanqrena, barmaqların öz- özünə
amputasiyası da baş verə bilər.
Çoxayaqlılar arasında insan üçün təhlükəlisi otyeyən cütayaqlılar və yırtıcı dodaqa-
yaqlılardır. Birincilər pis qoxulu maye ifraz edir. Bu maye gözü, dərini(yanğı hissi, ağrı,
qızartı,
şişkinlik, köpüşük) zədələyir. Dodaqayaqlıların ifraz etdiyi zəhər ən çox aşağı
ətraflarda ağrı, şişkinlik, purpura əmələ gətirir.
Müalicə: paraziti çıxarmaq lazımdır ki, ikincili infeksiyanın qarşısı alınsın. Geniş in-
vaziyada tiabendazol 25mq/kq- sutkada və ya albendazol 400mq/sutka 3 gün müddətinə.
Arı, eşşək arısı, qarışqa dişləməsinə tez-tez rast gəlinir. Adətən yandırıcı ağrı, eri-
tema və dərinin yerli şişkinliyi ilə müşaiyət olunur. Əgər arının iynəsi çıxarılmasa, diş-
lədiyi yerdə uzun müddət qoz böyüklüyündə qranulematoz düyün qala bilər. Dişləməyə
qarşı yüksək həssaslıq olarsa, yarım saat ərzində angionevrotik ödem, övrə, hətta sistem
pozğunluğuna belə səbəb ola bilər. Təkrar dişləmə nəticəsində hemorragik səpgi ilə mü-
458
şaiyət olunan ağır reaksiya baş verə bilər.
Qoşa qanadlıların (ağcaqanad, moskit, cücü, qansoran milçək) dişləməsi nəticəsin-
də yüngül ağrı, eritema, köpüşük və gün ərzində qaşınan papula formalaşır. Sensibilizə
olunmuş xəstələrdə urtikar reaksiyalar, papulyoz və vezikulo- bulyoz səpgilər əmələ gə-
lir. Phlebotomus dermia cinsindən olan moskitlərin dişləməsindən sonra flebotodermiya
və yara əmələ gəlir.
Miazlar qan sormayan ikiqanadlıların qurdvari sürfələri tərəfindən törədilir. Səthi və
dərin, obliqat və fakultativ miazlar ayırd edilir.
Səthi miazları açıq irinləyən zədə və yaralara yumurta qoyan milçəklər törədir. İn-
kişaf edən sürfələr yaranın eksudatı ilə qidalanır. Dərin miazları volfram milçəklərinin
sürfələri törədir. Bunlar dərini, dərialtı toxumanı və selikli qişaları zədələyir. Sürfələr
nekrozlaşmış və sağlam toxumalarda qidalanaraq, xora və dərin yollar əmələ gətirir.
Kordilobiazda (Afrika miazında)
ən çox uşaqlarda düyünlər, xora və abses əmələ
gəlir.
Dermatobiaz (Cənubi Amerika miazı) şişvari iltihab və səthində fistulyoz dəliklər
olan dərialtı abseslərlə xarakterizə olunur.
Mozalanın sürfələri “xətvari miqrasiya edən miaz” əmələ gətirərək, dəriyə nüfuz edir
və orada dolayı yollar əmələ gətirir.
Müalicəsi: sürfələri çıxarmaq. Furunkulabənzər törəmələrə vazelin sürtdükdə sürfələr
öz ekoloji yuvasını tərk edir. Qoşa qanadlılar dişlədikdə, müalicə simptomatikdir.
Profilaktika: ictimai
və şəxsi gigiyena tədbirləri, repellentlərdən istifadə.
Dostları ilə paylaş: