Tropik qaşınan dermatozlar Müvəqqəti qaşınma- ətrafların açıcı səthində qaşınan kiçik seroz papulalar əmələ
gəlir, sonradan isə onların üzəri seroz- hemorragik qartmaqla örtülür. Proses qripəbənzər
əlamətlərlə bir neçə aya qədər davam edə bilər. Xəstəliyi qurd invaziyaları və digər ya-
naşı xəstəliklər ağırlaşdırır.
Tropik tər xəstəliyi - tər vəzilərinin buynuz pulcuqlar, dəri piyi, toz və s. ilə tıxanma-
sı nəticəsində isti mühitlərdə işləyən zaman əmələ gələn müvəqqəti dermatozdur. Proses
çox zaman diz və dirsək oynaqlarında, döş qəfəsində, qarında və digər yerlərdə, nadir
hallarda üzdə lokallaşır. İqlim dəyişdikdə müstəqil olaraq itib gedir.
Tropik pomfoliks - mövsümi xarakter daşıyır. Tər xəstəliyi əlamətləri yalnız ovuc və
ayaqaltı nahiyələrdə barmaqların yan kənarında olur. İntraepidermal qovuqcuqlar açılır,
eroziyalaşır, sonra sürətlə epitelləşir və subyektiv əlamətlər olmur. Ağırlaşmaları- ekze-
matizasiya, pustulizasiya və absesləşmədir.
Flebotodermiya - moskitlərin insanı təkrar dişləməsindən sonra yaranan və fleboto-
musların selik vəzilərinin sekretinə qarşı orqanizmin sensibilizasiyası nəticəsində mey-
dana gələn yayılmış dermatozdur. Bədənin açıq nahiyələrində moskitlərin hücumundan
sonra mərkəzində nöqtəvarı hemorragiya olan rozeola əmələ gəlir, o isə sonradan üzəri
qovuqcuqlarla örtülü qaşınan papulaya çevrilir. Köpüşük və papulo- bullyoz reaksiya
qeyd oluna bilər. Elementlərin meydana çıxması ekskoriasiyalarla müşaiyət olunur.
Flebotomusların hücumundan sonra proses adətən sakitləşir. Sensibilizasiyanın dərəcə-
sindən, yanaşı xəstəliklərin olmasından asılı olaraq moskitlərin təkrar hücumu zamanı
dermatoz yayılmış residiv verən xarakter ala bilər,bu zaman noxud böyüklüyünə qədər
ölçüdə pruriginoz düyünlü elementlər, piokok səpgilər meydana gələ bilər. Xəstəlik bir
neçə ay və daha çox çəkir. Bir sıra hallarda sistem kortikosteroidlərin təyini ilə aktiv
terapiya aparmaq lazımdır.
Xarara ( endemik çoxformalı övrə)-ayrı-ayrı ağcaqanad növləri tərəfindən törədilən
təkrar dişləmələr nəticəsində yaranan mövsümi (yay) qaşınan dermatozdur. Daha çox
ərəb ölkələrində həm yerli əhali, həm də gəlmələr arasında rast gəlinir. Bədənin açıq na-
hiyələrində,daha çox baldırın aşağı 1/3 hissəsində və ayaqaltının kənarında rast gəlinir.
Səpgilərə polimorfizm xarakterikdir: papulo- köpüşüklər, seroz papulalar, eroziyalar,
seroz- hemorragik qartmaqlar, piokok elementlər. Ümumi toksiki əlamətlər müşahidə
oluna bilər. Zaman keçdikcə (1-3 ay) proses “quru” xarakter alır, tədricən sönür, səpgilər
olan nahiyələrdə müvəqqəti hiperpiqmentasiya müşahidə olunur. Bəzi hallarda xəstəlik
1-2 ilədək uzanır (xroniki xarara) bu zaman lixenifikasiya əlamətləri ilə quru qaşınan
düyünlü səpgilər qeyd olunur.