Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


SÜNGƏR TUTANLARIN XƏSTƏLİYİ (KORAL XORALARI)



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə348/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   344   345   346   347   348   349   350   351   ...   446
DERMATOLOGİYA-dərslik 1

SÜNGƏR TUTANLARIN XƏSTƏLİYİ (KORAL XORALARI)
Bu Edwardsiella lineata adlı üzən aktiniyaların sürfələrinin törətdiyi kontakt dermati-
tidir. Bədənin çimərlik paltarı ilə örtülü hissəsində yüngül eritema, xırda qırmızımtıl pa-
pulalar (papulo- vezikulalar), bəzən qovuqlar, pustulalar əmələ gəlir. Səpgi 1-2 həftə qa-
lır. Aktiniya ilə təkrar təmasdan sonra dəri əlamətləri daha ağır xarakter daşıyır (nekrotik 
xoraya qədər).
Müalicə: Yerli və ya sistemlə kortikosteroidlər.
QEYRİ-İNFEKSİON DERMATOZLARIN KLİNİKASI VƏ GEDİŞİ
Allerqodermatozlara çox tez-tez rast gəlinir. Əhalinin bitki və onların məhsulları ilə 
kontaktı nəticəsində baş verir. Bunlar bitki dermatitləri (meşə, cəngəllik) adlanır. Daha 
çox manqo, ananas, primula, fıstıq, tütün, zəhərli sarmaşıq və s. tərəfindən törənən fito-
dermatitlərə rast gəlinir.
Tropik yastı dəmrov
Xəstəlik dərinin açıq nahiyələrində klinik və morfoloji cəhətdən klassik qırmızı yas-
tı dəmrova oxşayan səpgilərlə xarakterizə olunur. Xəstəliyin yaranmasını atebrin adlı 
malyariya əleyhinə dərmanın qəbulu, havanın yüksək hərarəti, uzun günəşli gün, yüksək 
günəş radiasiyası, alimentar distrofiya (uşaqlarda), avitaminozlar, qurd invaziyaları, tən-
dirdə bişirilmiş çörək qəbulu ilə əlaqələndirirlər. Xəstəlik adətən yay aylarında yaranır. 
Üz nahiyəsi (alın, yanaqlar, dodaqlar), boynun açıq nahiyələri,əllərin bayır hissəsi və 
saidin aşağı 1/3 hissəsi, ayaqların kənarları zədələnir. Leykoplakiya tipli ağızın selikli 
qişasının zədələnməsi, qovuqlu-eroziv zədələnmə, stomatitin əmələ gəlməsi mümkün-
dür. Dəri zədələnmələri qırmızı yastı dəmrovdakı səpgilərdən demək olar ki fərqlənmir 
(Uikhem toru ilə birlikdə). Qış dövrünə yaxın iltihab əlamətləri, qaşınma reqressə uğra-
yır; səpgilərin yerində dayanıqlı hiperpiqmentasiya formalaşır.
Müalicə: Atebrin qəbulunu istisna edir və ya onu digər malyariya əleyhinə preparatla 
əvəzləyirlər. Dərinin havanın yüksək hərarəti, günəş radiasiyasından qorunması vacib-
dir. Hiposensibilizəedici və digər simptomatik preparatlar təyin edilir.
Proqnoz: çox zaman xoşdur, lakin residivlər istisna edilmir.
Ekzema
Daha çox neyrodermit, yəni ekzematoz prosesin “quru” gedişi ilə xarakterizə olunan 
zəif eksudativ reaksiya (mikrovezikulyasiya, sulanma) ilə xarakterizə olunur.
Neyrodermit
Səpgilərin disseminasiyasına meyllilik və zəif lixenifikasiya ilə xarakterizə olunur.


460
Psoriaz
Tropik şəraitdə az-az rast gəlinir. Çox zaman “sevimli” lokalizasiya yerlərində in-
filtrativ “növbətçi” lövhəciklərin əmələ gəlməsi ilə müşaiyət olunur. İzomorf reaksiya 
xarakterik deyil. Diaqnozun təsdiqlənməsi üçün bəzən histoloji müayinə lazım gəlir.
Eritematoz
Xəstəliyin xroniki dəri formaları mülayim və soyuq iqlimli ölkələrlə müqayisədə na-
dir hallarda rast gəlinir. Avropa ölkələri ilə müqayisədə sistem qırmızı qurdeşənəyinə 
daha çox rast gəlinir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin