Epidemiologiyası
Bilavasitə birbaşa təmas “dərinin zədələnməsi”, habelə ümumi yatacaq, dəsmal və
qab-qacaqla təmasdır.
Xəstəliyin gedişi
İnkubasiya dövrü – 2-3 həftə.
Birincili dövr – yarım ilə qədər
468
İkincili dövr – 3 ilə qədər.
Üçüncülü dövr – 3 ildən sonra başlayır, bir neçə on il davam edə bilər.
Klinik şəkli
Birincili dövrdə - bədənin açıq yerlərində tək-tək papulalar və ya eritematoz–
skvamoz lövhəciklər əmələ gəlir, orta dərəcəli qaşınma olur.
İkincili dövr – yayılmış qaşınan papulalar və lövhəciklər (başlanğıc dövrdəkilərlə
eyni), eritematoz– skvamoz ləkələr (pintidlər) əmələ gəlir. Onlar trixofitiyanı, psoriazı,
ekzematidləri imitasiya edir. Vaxt keçdikcə onların rəngi dəyişir və qırmızı-mis, göy,
maviyə çalan, bənövşəyi, boz, ağ-boz rəng alır.
Üçüncülü dövr - hiperpiqmentasiya meydana gəlir, xoralar olmur. Ardınca axromiya
(hiperxrom ləkələrin və b. elementlərin proqressiv depiqmentasiyası) gəlir; ləkələrin,
papula və lövhəciklərin qabıq verməsi azalır və itir.
Bəzən əl içi və ayaq altının hiperkeratozu, limfa vəzilərinin böyüməsi meydana
gəlir, dərinin atrofiya ocaqlarının (“psevdoatrofiya”) inkişafı mümkündür. Pasiyentlərin
ümumi vəziyyəti zərər çəkmir.
Diaqnozu
•
Diaqnoz qoyularkən nəzərə alınır:
•
Xəstənin endemik ocaqda olması nəzərə alınmaqla epidemioloji anamnez;
•
Dəridə disxromiyanın olması;
•
Səpgilərdə və ya limfa vəzilərinin punktatlarında T. Carateum tapılması;
•
Müsbət seroloji reaksiyalar (RV, RİT, RİF).
Müalicəsi
Pintanın müalicəsi endemik triponematozların müalicəsində tətbiq edilən ÜST-
nın təlimatına əsasən aparılır (bax: frambeziyanın müalicəsi). Benzatinbenzilpensillin,
eritromitsin və başqa antibiotiklərdən istifadə edilir.
Profilaktika tədbirləri xəstələrin və onlarla sıx təmasda olan şəxslərin aşkar
edilməsindən və müalicəndən ibarətdir.
Bu xəstəlikdə proqnoz xoşdur, depiqmentasiya ocaqları, dərinin atrofiyası və ağ
çapıqlar şəklində kosmetik defektlər ola bilər.
|