Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə355/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   351   352   353   354   355   356   357   358   ...   446
DERMATOLOGİYA-dərslik 1

Epidemiologiyası 
Xəstəlik əsasən uşaqlarda məişət-təmas yolu ilə keçir. Bu da sanitariya mədəniyyətinin 
aşağı olması, yaşayış yerinin darısqallığı, bir qabdan su içmək, mərasim yuyunması və s. 
ilə əlaqədardır. Yoluxmanın qeyri düz yoluna - su içmək üçün qabların infeksiyalaşması; 
düz yoluna isə - tərkibində triponema olan ağız suyu ilə islanmış barmaqlar hesab 
olunur. Yaşlı şəxslər ən çox öz xəstə uşaqlarından yoluxurlar. Milçəklər də xəstəlik 
törədicilərinin daşıyıcısı ola bilər. 
Xəstəliyin gedişi
İnkubasiya dövrü 3 həftədir. 
Yüngül təzahür edəni (nəzərə çarpmadan keçir) – 1 aydır.
Erkən dövrü – 1 aydan 1 ilə qədərdir.
Bəzən latent dövrü 1 ildən 5 ilə qədər ola bilər.
Gecikmiş dövrü –1 ildən sonradır.
Klinik şəkli
Yüngül təzahür edən formasında – ağız boşluğunun selikli qişasında ləkələr, səthi, 
az ağrılı xoralar, bəzən stomatit və ağızın künclərində çatlar meydana çıxır. Bir neçə 
həftədən sonra bu əlamətlər çox vaxt nəzərə çarpmadan itir. 
Erkən dövrü - ətraflarda və gövdədə yayılmış, qaşınmayan papulalar, büküşlərdə 
-kondilomalar (vegetasiyaedici papulalar) meydana gəlir. Aşağı ətrafların uzun sümükləri 
zədələnir, gecələr sümük ağriları xəstəni narahat edir (osteoperiostit əlamətləri).
Gecikmiş dövrü – dəri qummaları, xoralar və çapıqlar meydana gəlir. Burun-udlağın 
qanqoz tipli qummaları (mutilasiyaedici rinofaringit), sümük qummaları (osteoperiostit), 


467
disxromiyalar (vitiliqo tipli) xarakterikdir.
Diaqnozu
Aşağıdakılar əsasında diaqnoz qoyulur:
• 
xəstəliyin klinik əlamətləri; 
• 
epidemioloji məlumatlar;
• 
xəstənin yaşı (uşaqlar);
• 
təzə erkən səpgilərdən xaric olan materialın nativ preparatlarında triponemanın 
aşkar edilməsi (mikroskopun qaranlıq tünd sahəsində);
• 
müsbət seroloji reaksiyalar (RV, RİT, RİF). 
Müalicəsi
Endemik sifilisli xəstələrin və onlarla təmasda olanların müalicəsi uzun müddətli təsirə 
malik penisillin preparatları (benzatinbenzilpensillin, bisillin-1 və s.) ilə frambeziyanın 
müalicəsində işlədilən dozalarla aparılır. Penisillinə əks göstəriş olan hallarda müalicə 
eritromitsin və ya tetrasiklinlə aparılır.
Profilaktikası
• 
Xəstə uşaqların vaxtında aşkar edilməsi, onların sağlam şəxslərdən təcrid 
edilməsi və müvafiq müalicənin aparılması;
• 
Xəstəliyin aktiv və latent formalarının aşkar edilməsi üçün bütün ailə üzvlərinin 
və xəstələrlə sıx təmasda olan şəxslərin klinik-seroloji müayinəsi; 
• 
Becel xəstələrilə təmasda olan bütün şəxslərin preventiv müalicəsi; 
• 
Əhalinin yaşayış-məişət şəraitinin yaxşılaşdırılması, sanitariya mədəniyyətinin 
yüksəldilməsi.
PINTA
Xronik qeyri – zöhrəvi treponematoz (endemik rəngsizləşdirici treponematoz), 
eritematoz-skvamoz ləkələrlə xarakterizə olunur, hiperpiqmentasiyaya, sonradan isə 
depiqmentasiya və poliadenitə meyillidir. 
Etiologiyası
Pintanın törədiciləri Triponema carateum-dur. Morfoloji və bioloji xüsusiyyətlərinə 
görə frambeziya və sifilis törədicilərinə yaxındır.
İnfeksiyanın rezervuarı. Dərisinin davamlı spesifik zədələnməsi olan 15-30 yaşlı 
xəstələrdir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   351   352   353   354   355   356   357   358   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin