Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə351/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   347   348   349   350   351   352   353   354   ...   446
DERMATOLOGİYA-dərslik 1

Vitamin çatmamazlığı
A hipovitaminozu kifayət qədər tez- tez rast gəlinir. Dəri örtüyünün zədələnməsi 
yayılmış və ya universal xarakter daşıyır. A vitamini ilə korreksiyaya yaxşı tabe olur.
Eksfoliativ xeylitlər (ariboflavinozla bağli) müalicəyə torpidliliklə seçilir. 
Zöhrəvi xəstəliklər və endemik treponematozlar
Zöhrəvi xəstəliklər 
Isti iqlim şəraitində yaşayan şəxslərdə sifilis infeksiyasının klinik əlamətləri və 
diaqnostikası bir sıra xüsusiyyətlərə malikdir:
• 
tünd dəridə rozeola pis görünür;
• 
xoralı şankrda limfadenit zəif görünür;
• 
gecikmiş mərhələlərdə oynaq ətrafı düyünlər meydana gəlir (dirsək, diz oynaq-
ları);
• 
sifilisin diaqnozunun qoyulması zamanı digər yoluxucu xəstəliklərlə (cüzam, 
malyariya, helmintozlar və s.) və narkotiklərin qəbulu ilə əlaqədar yalançı müsbət reak-


462
siyaların olmasını nəzərə almaq lazımdır.
Digər klassik zöhrəvi xəstəliklər (şankroid, zöhrəvi limfaqranulematoz, donovanoz) 
əsasən isti iqlimi olan ölkələrin əhalisi arasında və bu regionlarda olmuş şəxslərdə aşkar 
edilir. Bu xəstəliklər daha ətraflı “Venerologiya” bölməsində təsvir olunur. 
Endemik treponematozlar
Mahiyyətcə adi sifilisin növ müxtəlifliyindən ibarət olan qeyri zöhrəvi tropik trepo-
nematozlar (frambeziya, becel, pinta) üçün yüksək yoluxuculuq xarakterikdir. İnfeksiya-
nın ötürülməsi əsasən ev əşyaları (dəsmal, yatacaq, qab-qacaq və b.) vasitəsilə və cinsi 
kontakt yolu ilə baş verir. Bu xəstəliklər adətən xronik gedişli olur. Frambeziya, becel 
və pinta xəstəliklərinin törədiciləri müvafiq olaraq T. pertenue, T. Bejel, T. Carateum 
sayılır. 
Onların yeganə təbii sahibi – insandır. 
FRAMBEZIYA
Tropik yoluxucu xəstəlik olub, yüksək kontagiozluğu, dərini, selikli qişaları, sümük-
ləri və oynaqları zədələməsilə xarakterizə olunur. Tipik dəri papilomatoz elementləri 
moruğa oxşardır (fransızca Framboise).
Etiologiyası 
Frambeziyanın törədicisi Triponema pertenue morfoloji və bioloji xüsusiyyətlərinə 
görə zöhrəvi sifilis törədicilərinə (T.pallidum) yaxındır. Lakin plasentar baryerdən keç-
mədiyinə görə anadangəlmə pozğunluqlar törətmir. T. pertenue oksigenin, qurutmanın 
və yüksək temperaturun təsirindən tez məhv olur; qidalı mühitlərdə inkişaf etmir, mik-
roskopun qaranlıq tünd sahəsində görünür.
İnfeksiyanın rezervuarı - 2-15 yaşlı uşaqlardır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   347   348   349   350   351   352   353   354   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin