Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Dərinin birincili və ikincili morfoloji elementləri



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə359/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   355   356   357   358   359   360   361   362   ...   446
DERMATOLOGİYA-dərslik 1

4. Dərinin birincili və ikincili morfoloji elementləri 
Dəriyə baxış zamanı orada olan morfoloji elementlər – birincili (ləkə, papula, qabar-
cıqlar, düyünlər, qovuqcuqlar, qovuqlar, pustulalar) və ikincili (piqmentasiya, pulcuqlar, 
qabıqlar, eroziyalar, xoralar, çatlar, lixenifikasiya, çapıqlar) təyin olunur. Baxış zamanı 
elementin lokalizasiyası və rəngi haqqında məlumat almaq olar, lakin onun tam səciy-
yələndirilməsi üçün palpasiya və qaşıma metodunu tətbiq etmək lazımdır.
Baxış zamanı səpgilərin monomorfizmi (psoriaz, qırmızı yastı dəmrov, qovuqcuq-
lu dəmrov, vulqar pemfiqus, övrə) və ya polimorfizm (ekzema, Dürinqin herpesşəkilli 
dermatiti, dermatitlər) müəyyən olunur. Həqiqi polimorfizmi - bu zaman eyni vaxtda 
bir neçə birincili elementlər (ekzema) müşahidə olunur - və yalançı polimorfizm ilə 
diferensiasiya etmək lazımdır – bu zaman bir birincili element, qalanları isə ikincili 
elementlər olaraq onun təkamülü nəticəsində yaranır (furunkulyoz).
Səpgilərin yerləşməsinə fikir verilir, çünki bir sıra hallarda bu və ya digər dermatoz 
üçün spesifik lokalizasiya xarakterikdir: qırmızı qurdeşənəyində – sifət, psoriazda – dir-
sək oynaqlarının açıcı və diz oynaqlarının ön səthləri, başın tüklü hissəsi, sadə herpesdə 
– dodaqlar və cinsiyyət orqanları və s.
Səpgilərin yerləşməsinin xüsusiyyətləri diqqəti cəlb edir: fokuslu (elementlər bir-
ləşmir, onları normal dəri əhatə edir), diffuz (elementlər iri ocaqlar şəklində bir-biri ilə 
birləşir); yayılması – məhdud (ocaqlı neyrodermit, ocaqlı sklerodermiya, nevus, sadə 
herpes, düyünlü eritema, ziyilli vərəm və s.), yayılmış (çəhrayı dəmrov, psoriaz), total 
(eritrodermiya); digər xüsusiyyətləri – simmetrik (həqiqi ekzema, psoriaz), asimmetrik 
(dermatomikoz, dərinin ziyilli vərəmi, üzükvari qranulema, kontakt dermatiti, kəmər-
ləyici dəmrov və s.), sistemli – damar və sinir şaxələri boyunca (kəmərləyici dəmrov, 
xətvari qırmızı yastı dəmrov, xətvari nevus), fiqurlu (psoriaz, miqrasiyaedici eritema),
serpingedici və ya sürünən (vərəm qurdeşənəyi, cüzam, qabarcıqlı sifilid və s.).

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   355   356   357   358   359   360   361   362   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin