474
göstərir.
Tərkibində lipobaza olan kremlər: daimi fazası su olan kremlərdir, lakin «sulu yağ»-
lı kremlərə nisbətən daha çox yağ (70%) vardır. Kremlərin tərkibində neonlaşdırılmış
emulqator vardır ki, onlar lamelyar yağlı kristallik strukturlar
əmələ gətirirlər ki, bu
strukturlar da sulu köpükcüklərlə əvəzlənir və liposomlar
əmələ gətirməklə fizioloji
yerli iltihabəleyhinə vasitələr sayılırlar. Liposomların əsasında kortikosteroid preparat
«Lokoid-Lipokrem» yaradılmışdır.
Hidrofob kremlər: yağın içərisində su (30%) vardır. Dəridə yağlı təbəqə əmələ gəti-
rirlər ki, bu da suyun buxarlanmasına mane olur, dərini rehidratasiya edir, dərman prepa-
ratlarının daxil olmasına şərait yaradır və bununla iltihabəleyhinə təsir edirlər.
Hidrofob məlhəmlər: yağlı maddələrdən (vazelin, lanolin, naftalan, donuz piyi və
s.) ibarətdir, dərinin isinməsinə səbəb olur və yeridilən dərman vasitələrinin infiltrativ
iltihab prosesinin dərinliyinə nüfuz etməsini təmin edir.
Hidrofil məlhəmlər: tərkibində sintetik silikon birləşmələri vardır ki, onlar da dərinin
tənəffüs etməsini təmin edirlər.
Dostları ilə paylaş: