Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


 Ayaqların göbələk xəstəlikləri zamanı ayaqqabının dezinfeksiyası metodi-



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə365/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   361   362   363   364   365   366   367   368   ...   446
DERMATOLOGİYA-dərslik 1

12. Ayaqların göbələk xəstəlikləri zamanı ayaqqabının dezinfeksiyası metodi-
kası
Ayaqqabını dezinfeksiya etmək üçün V.M.Leşenkonun sadələşdirilmiş metodikasın-
dan istifadə edirlər: ayaqqabının iç səthini 25%-li formalin məhlulu və ya 40%-li sirkə 
turşusu ilə silirlər və 2-4 saat ərzində polietilen kisədə saxlayırlar. Sonra ayaqqabını
qurudur və dezinfektantın iyi itənə qədər havaya verirlər.
13. Dürinqin herpesşəkilli dermatiti zamanı Yadasson sınağının qoyulması
Kalium yodla birlikdə aparılan Yadasson sınağı Dürinqin herpesşəkilli dermatiti
həqiqi pemfiqusdan fərqləndirmək üçün mühüm diaqnostik əhəmiyyət kəsb edir. Her-
pesşəkilli dermatit üçün xəstələrin halogenlərə, o cümlədən yoda qarşı yüksək həssas 
olması səciyyəvidir. Sınaq iki variantda aparılır.
1. Xəstə daxilə 1 xörək qaşığı 5%-li kalium yod məhlulu qəbul edir. Sınaq dəri pro-
sesi kəskinləşdikdə müsbət sayılır. 
2. Saidin səpgi olmayan dəri səthinə lanolində hazırlanmış kalium yodun 50%-li 
məlhəmi qoyulur. 24 saatdan (az hallarda 48 saatdan) sonra məlhəmlə təmasda olan yer-
də eritema, bəzən qovuqcuqlar, papula meydana çıxır və onlar Dürinqin herpesşəkilli 
dermatiti zamanı əmələ gələn səpgilərə oxşayır, bəzən də məlhəm qoyulmayan yerlərdə 
əsas prosesin kəskinləşməsi müşahidə olunur. 
14. Pemfiqus zamanı P.V.Nikolski simptomu
Bu simptom əsas etibarilə həqiqi pemfiqus zamanı diaqnostik əhəmiyyət daşıyır. 
Qovuğun yastığının kənarından pinset vasitəsilə dartdıqda sağlam görünən dəriyə yaxın 
yerləşmiş epidermisin yuxarı qatlarının soyulması müşahidə edilir. Bu, akantolizlə bağ-
lıdır. Xronik xoşxassəli ailəvi pemfiqus, bulyoz pemfiqoid, kəskin qızdırmalı pemfiqus, 
toksik epidermal Layella nekrolizi, vegetasiya edən pemfiqus və s. zamanı da nəzərə 
çarpa bilər. İki qovuq arasında barmaqla yüngülcə sürtdükdə də həmçinin epidermisin 
soyulması baş verir. Nadir hallarda bu simptom qovuqlar olmayan sahələrdə də müsbət 
ola bilər.


477
Zədələnməyən qovuğa barmaqla basdıqda onun sahəsi böyüyür, belə ki, mayenin 
təzyiqi periferiya boyunca qovuğun yastığının aralanmasına gətirib çıxarır. Bu əlamət 
(Asbo-Xansen simptomu) demək olar ki, bütün qovuqlu dermatozlarda müşahidə olu-
nur və mahiyyətcə Nikolski simptomunun bir variantı sayılır. 
Nikolski simptomu adları çəkilən dermatozları qeyri-akantolitik pemfiqusdan, 
çoxformalı ekssudativ eritemanın bulyoz növündən, vegetasiya edən Qallopo pioder-
miyasından, Darye xəstəliyindən, Dürinq xəstəliyindən, subkorneal pustulyoz derma-
tozundan, Vilson-Brok eritrodermiyasından, yalnız ağız boşluğunun selikli qişasının 
xoşxassəli qeyri-akantolitik pemfiqusundan fərqləndirməyə imkan verir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   361   362   363   364   365   366   367   368   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin