15. Yaxma-izlərin götürülməsi və akantolitik (Tsank) hüceyrələrin aşkarlanma- sına görə onların Romanovski-Gimza üsulu ilə rənglənməsi Bu metod pemfiqusun və herpesşəkilli Dürinq dermatitinin differensial diaqnos-
tikasında əvəzedilməzdir. Təzə qovuğun dibindən skalpel və ya qaynatmaqla sterilzə
olunmuş şagird pozanının kəsiyi ilə yüngülcə basıb-çıxartmaqla (izlərin götürülməsi
metodu) materialı götürür və steril yağsızlaşdırılmış əşya şüşəsinin üzərinə köçürürlər,
1 dəqiqə ərzində metil spirti ilə fiksə edirlər, otaq temperaturunda qurudur və Romanov-
ski-Gimza üsulu ilə rəngləyirlər; 20-25 dəqiqə ərzində təzə hazırlanmış azur-eozin məh-
lulunu əlavə edirlər, sonra boyanı distillə olunmuş su ilə yuyur və yaxmaları otaq tempe-
raturunda qurudurlar. Preparatı hazırladıqdan və rənglədikdən sonra mikroskop altında
10x40 böyüdülməsində müayinə edirlər. Akantolitik hüceyrələr normal epitel hüceyrələ-
rindən xırdadır, dairəvi formadadır, iri nüvələri vardır, intensiv-bənövşəyi rəngə və ya
bənövşəyi-mavi rəngə boyanırlar, demək olar ki, bütün hüceyrəni tuturlar. Nüvədə daha
parlaq rəngdə 2 və ya bir neçə iri nüvəcik görünür. Sitoplazma sanki periferiyaya sıxış-
dırılmışdır (konsentrasiya haşiyəsi), kəskin bazofildir, nüvəyə yaxın yerdə açıq-mavidir.
Hüceyrələrin sayı müxtəlifdir: tək-tək saydan böyük miqdara qədər (yığıntılar şəklində).
16. Benye-Meşerski və «qadın ayaqqabısı dabanı» simptomu, qırmızı qur- deşənəyi zamanı «kəpənək» simptomu Qadın ayaqabısının qırılmış dabanı simptomu qırmızı qurdeşənəyinin diskvari vari-
antının diaqnostikasında istifadə olunur. Bu dermatoz üçün səciyyəvi olan hiperkeratoz
tük follikulunun boynuna daxil olur, pulcuğun tərs tərəfində konusvari çıxıntılar əmələ
gətirir ki, onlar adi gözlə yaxşı görünürlər. Zədələnmə ocaqlarını səylə qaşıdıqda xəstə
bir qədər ağrı hiss edir, çünki yuxarıda göstərilən hiperkeratotik çıxıntılar (tikanlar) sinir
uclarına təsir edərək onları qıcıqlandırırlar (Benye-Meşerski simptomu).
«Kəpənək» simptomu – burun çəpərində və yanaqlarda (adətən almacıq sümüyü
nahiyəsində) görünüşcə kəpənəyi xatırladan eritemanın olmasıdır. Bu simptom qırmızı
qurdeşənəyi zamanı rast gəlir.