Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


 Trixomonadlara və qonokoklara görə aparılan mikroskopik müayinə meto-



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə369/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   365   366   367   368   369   370   371   372   ...   446
DERMATOLOGİYA-dərslik 1

21. Trixomonadlara və qonokoklara görə aparılan mikroskopik müayinə meto-
dikası
 Trixomonadlara görə mikroskopik müayinə
Trixomoniaz zədələnmə ocaqlarının çox olması ilə səciyyələnir. Deməli, müayinə 
üçün materialı bir neçə invaziya ocaqlarından götürmək lazımdır.
Kişilərdə ifrazatlar, qaşıntı sidik kanalından, qadınlarda – uşaqlıq yolu dəhlizinin 
yan və arxa hissəsindən, sidik kanalından; qızlarda – qızlıq pərdəsindən novşəkilli zond 
vasitəsilə və ya vaginal pinsetin kənarı ilə götürürlər. Materialı götürməzdən əvvəl xarici 
cinsiyyət orqanlarını yumaq məsləhət görülmür, xəstədən bir müddət siyiməməsi (3-4 
saat ərzində) xahiş olunur.
Alınmış materialı əşya şüşəsinə yerləşdirirlər. Əgər o, qatıdırsa, əvvəlcə natrium xlo-
ridin isti izotonik məhlulundan bir neçə damla damızdırırlar. Sidik-cinsiyyət trixomo-
nadlarına təzə və rənglənmiş vəziyyətdə mikroskop altında baxırlar.
Nativ yaxmaların təcili istifadə olunması məsləhətdir. Preparatı 10x40 böyüdülmədə 
adi mikroskopda və ya fazakontrast qaranlıq görmə sahəsində müayinə edirlər. Təzə 
hazırlanmış rənglənməmiş preparatlarda sidik-cinsiyyət trixomonadları armudvari for-
maya malikdirlər, onların ölçüsü leykositdən bir qədər böyükdür, irəliyə doğru təkanvari 
hərəkətlər edirlər. Preparatı fazakontrast mikroskopla tədqiq etdikdə trixomonadın ge-


480
nişlənmiş hissəsində qamçıları görmək olar.
Uşaqlıq yolunun trixomonadlarını nativ yaxmada aşkar etdikdə onları insan orqa-
nizmində məskunlaşan (bağırsaq, ağız boşluğu) trixomonadlarının digər növlərindən 
diferensiasiya etmək lazımdır. Ona görə də materialı nativ vəziyyətdə müayinə etməklə 
yanaşı, həmişə rənglənmiş yaxmaların mikroskopiyasını aparmaq vacibdir. Yaxmaları 
havada qurudur və fiksə edirlər. Fiksə üsulu rənglənmə metodundan asılıdır. Trixomona-
daların quruluşunu daha dəqiq öyrənmək üçün (nüvənin, dalğavari membranın və digər 
orqanoidlərin aşkar edilməsi) yaxmanı Romanovski-Gimza üsulu ilə boyayırlar. Bu hal-
larda preparatı spirt-efir qarışığında (1:1) fiksə edirlər.
Çox vaxt yaxmaları 1%-li metil abısı məhlulu və ya Qram üzrə rəngləyirlər. Preparat 
adətən alovun üzərində fiksə olunur. Metil abısı və ya Qram üzrə rəngləmə digər me-
todlara nisbətən üstünlüklərə malikdir. Bu, ondan ibarətdir ki, yaxmalarda eyni vaxtda 
qonokokları və trixomonadları tədqiq etmək olar.
Qram üzrə rənglənmiş trixomonadlar qırmızı, metil abısı ilə boyadıqda isə mavi 
rəngdə görünür. Onlar müxtəlif ölçüdədirlər. Nüvə oval formada, ekssentrik yerləşmiş-
dir və protoplazmaya nisbətən daha tünd rəngə boyanır. Qamçılar müəyyən edimir. Çox 
vaxt trixomonadın geniş hissəsində kiçik yarıq – sistomanı, sitoplazmada isə vakuolları, 
mikroorqanizmləri, leykositləri, eritrositləri, spermatozoonları və s. görmək olur. Diaq-
nostikada qrammənfi dipolokokların (qonokokların) aşkar edilməsi mühümdür. Metil 
abısı ilə rənglənmiş preparatları öyrəndikdə trixomonadaları və epitel hcüeyrələrini di-
ferensiasiya etmək vacibdir - onların ölçüləri böyükdür, nüvə mərkəzdə yerləşmişdir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   365   366   367   368   369   370   371   372   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin