DERMATOLOGIYA ÜZRƏ SİTUASİYA MƏSƏLƏLƏRİ Məsələ №1 Xəstə Y. dermatoloqa boyun, döş, bel dərisinin zədələnəməsi və zədələnmə ocaqlarında
bir neçə sutka ərzində orta dərəcədə qaşınmadan şikayətlənmişdir. Xəstə özünü 4 ay
ərzində xəstə sayır, göstərilən simptomlar ilk dəfə o vaxt meydana çıxıb. Müalicə üçün
istifadə etdiyi «Sinalar» məlhəmi qısamüddətli müsbət effekt vermişdir. 5 ay əvvəl xəstə
yeni xarici dezodorantdan istfadə etməyə başlamışdır. Ondan hər gün və indiyə qədər
istifadə edir.
Dermatoloji status: boyun, döş, bel dərisində çəhrayı müxtəlif ölçülü, dairəvi formada
ləkələr vardır; ocaqların səthində papula, qabıqlanma, qaşıma izləri və qanlı qartmaqlar
görünür.
1. Hansı xəstəlik haqqında fikirləşmək lazımdır və nə üçün?
2. Xəstəliyin ümumi müalicə planını təklif edin.
Məsələ №2 Səhər «Təcili yardım» stansiyasına vətəndaş V. tərəfindən çağırış daxil olmuşdur. Qadın
öz bədənində qırmızı rəngli səpgi aşkar etmişdir ki, o, gicitkandan sonra yaranan səpgini
xatırladır və güclü qaşınma ilə müşayiət olunurdu. Evə gəldikdə həkim xəstənin bədə-
nində qaşınma izləri və budun iç səthində, beldə, döşdə, dirsək və qasıq büküşlərində
təzə qanlı qartmaqlar aşkar etmişdir. Xəstənin dərisində digər səpgi elemntləri aşkar
etməmişdir. Sorğu zamanı aydın oldu ki, dərinin güclü qaşınması həmin nahiyələrdə
xəstəni gecənin ikinci yarısında və səhərlər narahat edir. «Təcili yardım»ın evə gəlişin-
dən əvvəl səpgi və qaşınma yox olmuşdur. Axşam xəstə qidada portağal və quru çaxır
istifadə etmişdir.
. Hansı xəstəlikdən şübhələnmək lazımdır?
2. Xəstəyə müayinə planını təyin edin.
Məsələ № 3 Xəstə P. dəri şöbəsinə qaşınma və əllərin, saidin dərisinin zədələnməsi şikayəti ilə daxil
olmuşdur. Obyektiv olaraq: əllərin, bazu önünün dərisində ödem, hiperemiya, mikrove-
zikulyasiya, sulanma aşkar edilir. Zədələnmə ocaqlarının sərhədləri dəqiq deyildir.
«Həqiqi ekzema» diaqnozu qoyulub.
1.Həqiqi ekzemanın ümumi müalicə planını müəyyən edin.
2.Yuxarıda təsvir olunmuş klinik mənzərəyə görə həqiqi ekzemanın xarici müalicə tak-
tikasını müəyyən edin.