Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə380/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   376   377   378   379   380   381   382   383   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №29
17 yaşlı xəstə dermatoloqa sol bazunun aşağı 1/3 hissəsində xoşagəlməz hisslərdən, 
bu sahədə dərinin rənginin dəyişməsindən şikayətlənərək müraciət etmişdir ki, onlar 3 
ay əvvəl əlinin zədələnməsindən sonra meydana çıxmışdır. Baxış zamanı: sol bazunun 
xarici 1/3 hissəsində 2x7 sm ölçüdə, zolaqvari formalı, dəqiq sərhədləri olan zədələn-
mə sahəsi vardır, onun dərisi bərk, hərəkətsiz, əllədikdə soyuq, fil sümüyü rəngindədir, 
parıldayır, ağrısızdır.
1. Bu halda hansı xəstəlik haqqında fikirləşmək lazımdır?
2. Ətraflı diaqnoz qoyun.
3. Hansı xəstəliklərlə difernsiasiya etmək lazımdır?


490
4. Müalicəni təyin edin. 
Məsələ №30
8 yaşlı oğlanda yuxarı və aşağı ətrafların uzun müddət donmasından sonra bu sahələrdə 
dərinin bərkiməsi baş vermişdir. Bir neçə vaxtdan sonra ətraflarda dərinin atrofiyası in-
kişaf etmiş, bədənində eritematoz bərkimiş ocaqlar əmələ gəlmişdir ki, onlar yasəmən 
rəngli valcıqla əhatə olunmuşlar.
1. Güman edilən diaqnoz?
2. Differensial diaqnozu qoyun.
3. Müayinə planını tərtib edin.
4. Lazım olan terapevtik tədbirləri göstərin.
 Məsələ №31
46 yaşlı xəstə, üzünün kəskin maskaşəkilli olması, hərəkətlərin məhdudlaşması əlamət-
ləri ilə dermatoloji klinikaya göndərilmişdir. Sifəti mimikasız, qida qəbulu çətinləşmiş, 
ağız dəliyi daralmışdır. Əl barmaqları bükülmür, nazikdir, onların dərisi nazilmiş, fil 
sümüyü rəngindədir. 
1. Diaqnozu qoyun.
2. Xəstədə hansı klinik və laborator müayinələr aparmaq lazımdır?
3. Müalicə planını tərtib edin.
4. Xəstəliyin ehtimal edilən proqnozunu göstərin.
Məsələ №32 
27 yaşlı qadında boyun nahiyəsinin dərisində solda bərkimiş ocaq meydana gəlmişdir. 
Səpgi elementləri, qaşınma, ağrı hissiyyatı yoxdur, bu sahədə dərinin bir qədər dartılma-
sı nəzərə çarpır. 
1. Güman etdiyiniz diaqnoz?
2. Hansı səbəblər bu xəstəliyin yaranmasında iştirak edə bilər?
3. Xəstəyə hansı müalicəni təyin etmək olar?

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   376   377   378   379   380   381   382   383   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin