Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə379/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   375   376   377   378   379   380   381   382   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №25
Sahə həkiminin qəbuluna 40 yaşlı xəstə halsızlıq, dəri örtüyündə qaşınma ilə müşayiət 
olunan səpgilərlə müraciət etmişdir. Dəridəki səpgilər 2 gün əvvəl amidopirin qəbulun-
dan sonra meydana çıxmış, tədricən həm ölçüləri, həm də sayı artmışdır.
1. Diaqnoz qoymaq olarmı?
2. Sizin sonrakı taktikanız necədir?


489
Məsələ №26
Xəstə K. 27 yaşındadır, həkimin qəbuluna üzün dərisində səpgilərlə əlaqədar gəlmişdir. 
Subyektiv hissiyyat yoxdur. 1,5 il ərzində xəstədir. İlk dəfə çimərlikdə uzun müddət 
qaldıqdan sonra yanaqların dərisinin davamlı qızarmasını hiss etmişdir. Son kəskinləşmə 
bu ilin may ayında baş vermişdir. Baxış zamanı burun çəpərinin, yanaqların dərisində 
«kəpənəyəbənzər element» vardır, ocağın sərhədləri kəskindir, aydın gözə çarpır.
1. Güman etdiyiniz diaqnoz?
2. Bu prosesi hansı xəstəliklərlə diferensiasiya etmək lazımdır?
3. Müalicə planını tərtib edin.
 Məsələ №27
40 yaşlı qadın həkimin qəbuluna qarının dərisinin bərkiməsi şikayəti ilə daxil olmuşdur 
ki, bu da 1 ay əvvəl baş verən zədənin yerində yaranmışdır. Özü massaj etmiş, şaftalı 
kremi çəkmişdir, lakin nəticə almamışdır. Hipertireozdan, xronik tonzillitdən, vegeta-
tiv-damar distoniyasından əziyyət çəkir. Baxış zamanı: qarının dərisində sağda diametri 
6 sm-ə yaxın zədələnmə ocağı nəzərə çarpır, onun sarımtıl-mumabənzər parlaq səthi 
vardır, bənövşəyi valcıqla haşiyələnmişdir, toxunduqda bərkdir (zədə ocağında dərini 
bükmək mümkün deyildir). Subyektiv hissiyyat yoxdur.
1. Diaqnoz və onun əsaslandırılması.
2. Sizin müalicə taktikanız və xəstəliyin residivlərinin profilaktikası.
Məsələ №28
36 yaşlı xəstə həkim-dermatoloqa 6 ay ərzində qarının dərisinin zədələnməsi, dartılma 
hissi, bu sahədə dərinin keyləşməsi şikayəti ilə müraciət etmişdir. Baxış zamanı: qarnın 
yuxarı 1/3 hisəsində sağda 7x8 sm ölçüdə, sərhədləri dəqiq, hamar, parıltılı, səthi sa-
rımtıl rəngdə, səpgi elementləri olmayan zədələnmə ocağı görünür. Ocağın periferiyası 
boyunca yasəmən rəngli haşiyə vardır. Zədələnmə ocağını palpasiya etdikdə onun bər-
kiməsi hiss edilir, dərini kobud bükük şəklində bükmək olur.
1. Sizin diaqnoz. 
2. Bu xəstəliyin yaranmasında hansı səbəblər iştirak edə bilər?
3. Differensial diaqnozu aparın.
4. Müalicəni təyin edin.
5.Xəstəliyin proqnozunu göstərin.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   375   376   377   378   379   380   381   382   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin