Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə377/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   373   374   375   376   377   378   379   380   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №18
Tələbə imtahanda kəskin ekzemanın müalicəsi üçün antihistamin preparatların reseptini 
yazmışdır. Onların dozalarını düzgün göstərmişdirmi: suprastin – 0,025 ; ketotifen – 
0,001; taveqil – 0,005; dimedrol – 0,05. 
Məsələ №19
Xəstə S. 24 yaşındadır, sağıcıdır, həkimə üz dərisində səpgilər şikayəti ilə müraciət 
etmişdir ki, onlar ilk dəfə 2 il əvvəl yayda günəşin altında uzun müddət qaldıqdan sonra 
əmələ gəlmişdir. Baxış zamanı: burun divarının və yanaqların dərisində çəhrayı-qırmızı 
rəngli, dəqiq sərhədləri olan, «kəpənəyi» xatırladan ləkələr vardır, onların səthində boz-
ağ rəngli sıx yerləşmiş pulcuqlar görünür. Ocaqların mərkəzində – çapıqvari atrofiya, 
ocaqların periferiyası boyunca teleanqiektaziyalar, hiperpiqmentasiya nəzərə çarpır.
1. Klinik diaqnozu qoyun.
2. Hansı laborator müayinələri aparmaq lazımdır?
3. Differensial diaqnozun aparıldığı xəstəliklərin adını çəkin.
4. Müalicə planını tərtib edin.
Məsələ №20
Xəstə K. 28 yaşındadır, traktorçudur, həkimə üz dərisində, döşdə səpgilərin, azacıq qa-
şınmanın olması ilə müraciət etmişdir. İlk dəfə 3 ay əvvəl xəstələnmişdir. Yanaqların, 
başın tüklü hissəsini, döşün açıq sahəsini, boyun dərsiini müayinə etdikdə çoxlu sayda 
çəhrayımtıl-qırmızı rəngli mərci dənəsindən 5 qəpiklik böyüklüyündə ləkələr, lövhəcik-
lər görünür, onların sərhədləri kəskindir. Zədələnmə ocaqlarının əksəriyyətinin səthində 
boz rəngdə sıx yerləşmiş pulcuqlar vardır, onları qaşıdıqda çətin qopur və ağrıya səbəb 
olurlar.
1. Diaqnozu təsdiq etmək üçün hansı xüsusi dermatoloji müayinələr aparmaq lazımdır?
2. Klinik diaqnozu qoyun.
3. Bu xəstəliyi müalicə etmək üçün istifadə olunan əsas dərman qruplarını sadalayın. 
4. Xəstənin səmərəli işlə təmin olunmasına ehtiyac varmı və niyə?
 Məsələ №21
Xəstə A. 20 yaşında, həkimə subyektiv hissiyyatlar olmadan üzün dərisində səp-
gilərin əmələ gəlməsi şikayəti ilə daxil olmuşdur. İlk dəfə 2 il əvvəl iyul ayında çimər-
likdə uzun müddət günəş altında qaldıqdan sonra xəstələnmişdir. Baxış zamanı: burun 
divarının, yanaqların dərisində ödemli, göyümtül çalarlı, «kəpənək» şəklində eritema 
vardır, ocaqların sərhədləri kəskindir.
1. Klinik diaqnozu qoyun.
2. Hansı xəstəliklərlə differensial diaqnoz aparılmalıdır.
3. Müalicəni təyin edin.


488

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   373   374   375   376   377   378   379   380   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin