Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə385/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   381   382   383   384   385   386   387   388   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №47
Qəbul şöbəsinə 32 yaşlı xəstə cinsiyyət üzvünün dərisində səpgi və göynəmə şikayəti 
ilə müraciət etmişdir. Bu müddət ərzində oxşar səpgilər 6 dəfə əmələ gəlmişdir ki, onun 
yaranmasına bədənin soyuqlaması səbəb olmuşdur. Səpgi 7-10 gün qalaraq yox olmuş-


494
dur. Baxış zamanı cinsiyyət üzvünün dərisində 1 qəpik ölçüsündə ocaq görünür. Onun 
dərisi ödemli və hipermiyalıdır, xırda qovuqcuqlar və polisiklik eroziyalar vardır. Erozi-
yanın dibində infiltrat yoxdur. Qasıq limfa düyünləri azacıq böyümüşdür, cüzi ağrılıdır, 
xəmirəbənzər konsistensiyalıdır.
1. Hansı xəstəlikdən şübhələnmək olar?
2. Hansı xəstəliklərlə differensial diaqnozu aparmaq lazımdır?
3. Hansı müalicəni aparmaq lazımdır?
Məsələ №48
30 yaşlı xəstə həkimə qarının dərisində səpgilərlə əlaqədar müraciət etmişdir. Subyektiv 
hissiyyat yoxdur. Baxış zamanı: qarnın aşağı hissəsinin, qasığın dərisində çoxlu sayda 
yarışarşəkilli formada noxud dənəsi böyüklüyündə düyünlər vardır, onlar hamar, parıltı-
lı, normal dəri rəngindədir, elementlərin mərkəzində batıqlıq nəzərə çarpır.
1. Sizin ilkin diaqnoz?
2. Diaqnozu qoyduqdan sonra hansı müalicə vasitələrini və metodları tətbiq etmək olar?
Məsələ №49
16 yaşlı xəstə həkimə əlləri nahiyəsidə səpgilərlə əlaqədar müraciət etmişdir. 2 ildir 
xəstədir, müalicə olunmamışdır. Baxış zamanı: əllərin arxa səthinin dərisində çoxlu say-
da düyüncüklər vardır, onlar normal dəri rəngində, yastı, dairəvi, darı dənəsindən mərci 
dənəsi böyüklüyündədir.
1. Sizin ilkin diaqnoz?
2. Differensial diaqnozu hansı xəstəliklərlə aparmaq lazımdır?
3. Bu xəstəlik zamanı hansı müalicə metodlarını tətbiq etmək lazımdır?
Məsələ №50
35 yaşlı xəstə poliklinikaya dabanlarında ağrılı və gəzməyi çətinləşdirən törəmələrin ol-
ması ilə bağlı müraciət etmişdir. Baxış zamanı: dabanların dərisində (ayaqqabının daim 
təsir etdiyi yerdə) sarımtıl rəngli törəmələr vardır, onlar qalın buynuz səhfələrlə örtül-
müşdür, basdıqda ağrılıdır.
1. Klinik diaqnoz qoyun.
2. Müalicə planını tərtib edin.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   381   382   383   384   385   386   387   388   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin