Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə384/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   380   381   382   383   384   385   386   387   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №44
55 yaşlı xəstə herpesformalı Dürinq dermatozunun kəskinləşməsi ilə əlaqədar təkrar 
stasionara daxil olmuşdur. Baxış zamanı: saidin açıcı səthinin, baldırın, qarnın dərisində 
ödemli, eritematoz fonda qrupşəkilli, albalı ölçüsündən gavalı böyüklüyünə qədər qo-
vuqlar, eroziyalar, qartmaqlar yerləşmişdir. Subyektiv olaraq: güclü qaşınma, göynəmə 
nəzərə çarpır.
1. Aşağıda sadalanan hansı dərmanları xəstəyə təyin etmək olar? Hansı dozada?
a) avlosulfon; b) polkortolon; c) kalium yod; d) vitaminlər (A, B, C qrupu).
2. Yuxarıda sadalanan hansı dərmanları təyin etmək olmaz? Niyə?
3. Xəstəyə hansı pəhriz göstərişdir?
Məsələ №45
Sizə 21 yaşlı qadın üzünün və sinənin dərisində səpgilərin olması şikayətləri ilə müra-
ciət etmişdir, onları ilk dəfə 15 yaşında görmüşdür. Baxış zamanı: bədən temperaturu 
36,40C, üzün dərisi yağlıdır, piy vəzilərinin axacaqlarının ağzı genişlənmişdir, çoxlu 
sayda komedonlar, depiqmentasiyalı nöqtəvari çapıqlar vardır. Yanaqlarda və çənəaltın-
da bir neçə tünd qırmızı, palpasiya zamanı ağrılı düyünlər görünür ki, onların içi qanlı-i-
rinli, qatı ekssudatla doludur. O qədər də nəzərə çarpmayan oxşar səpgilər döşün yuxarı 
hissəsində də vardır. Daxili orqanlarda patologiya aşkar edilməmişdir. Qanda şəkər 5,5 
mmol/l.
1. Güman etdiyiniz diaqnoz?
2. Müalicə tədbirlərinin kompleksini göstərin.
Məsələ № 46
Həkim-terapevtin qəbuluna 65 yaşlı xəstə döş qəfəsinin sol hissəsində 5 gün ərzində 
davam edən kəskin ağrı şikayətləri ilə müraciət etmişdir; ağrılar tədricən güclənir. Baxış 
zamanı döş qəfəsinin sağ yarısında qabırğarası sinirlər boyunca xətvari zədələnmə ocağı 
yerləşir. Onun üzərindəki dəri ödemli, hipermiyalıdır. Bu fonda çoxlu sayda qrupşəkilli, 
içərisində şəffaf möhtəviyyatı olan vezikullar yerləşir, təzə səpgilərin yaranması müşa-
hidə olunur.
1. Hansı xəstəlik haqqında fikirləşmək olar?
2. Hansı müalicəni təyin etmək lazımdır?

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   380   381   382   383   384   385   386   387   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin