Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə382/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   378   379   380   381   382   383   384   385   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №37
45 yaşlı xəstə dermatoloqa üzünün dərisinin zədələnməsi şikayətləri ilə müraciət etmiş-
dir. 3 ay ərzində xəstədir. Tibbi yardım üçün müraciət etməmişdir. Alkoqoldan həddən 
artıq istifadə edir. Dermatoloji status: yanaqların dərisində sağda noxud dənəsi böyüklü-
yündə, qəhvəyi-qırmızı rəngli, xəmirəbənzər konsistensiyalı, hamar parıltılı səthə malik, 
azacıq qabıqverən, izolə olunmuş şəkildə yerləşmiş qabarcıqlar təyin olunur.
1. Güman etdiyiniz diaqnoz.
2. Spesifik dermatoloji müayinə və gələcək müalicə taktikası.
 Məsələ №38
Avtomobil sənayesinin fəhlələrini müayinə etdikdə aşkar edilmişdir ki, korroziya əley-
hinə asiklik amin birləşmələri bəzən dermatozun yaranmasının səbəbi ola bilər. Bu der-
matozlar üçün aşağıdakı klinik mənzərə səciyyəvidir: səpgilər əsas etibarilə dəridə əllə-
rin barmaqarası büküşlərində, əllərin bükücü səthlərində, saiddə, bəzən – üz nahiyəsində 
yerləşir. Bu zaman eritematoz, qruplaşmış papulo-vezikulyoz elementlər, tək-tək erozi-
yalar, seroz qartmaqlar nəzərə çarpır. Dərinin həddən çox quru olması, xırda lövhəcikli 
qabıqvermə, səthi çatların yaranması, güclü qaşınma diqqəti cəlb edir.
1. Bu klinik mənzərə zamanı xəstəyə hansı diaqnozu qoymaq olar?
2. Bu xəstəlik zamanı hansı müalicə məqsədə uyğundur?
3. Dermatozun peşə xarakterini nə təsdiq və ya inkar edir?
4. Residivlərin profilaktikasında nə mühüm tədbir sayılır?


492
 Məsələ №39
41 yaşlı xəstə dəri xəstəliyindən əziyyət çəkir. Səpgilər daimi, dirsəklərin dizlərin 
dərisində və başın tüklü hissəsində lokalizasiya edir. Qış vaxtı səpgilər bədənin və aşağı 
ətrafların dərisinə yayılır. Son kəskinləşmə – 2 həftə əvvəl olmuşdur. Obyektiv olaraq: 
başın tüklü hissəsində, bədəndə və ətraflarda çoxlu sayda papula və lövhəciklər vardır, 
onlar parlaq-çəhrayı rəngli, kənarları dəqiq dairəvi və ya girintili-çıxıntılı, gümüşü-ağ 
pulcuqlarla örtülmüşdür. Subyektiv olaraq qaşınma nəzərə çarpır.
1. Güman etdiyiniz diaqnoz?
2. Son diaqnozu qoymaq üçün hansı əlavə müayinələri aparmaq lazımdır?

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   378   379   380   381   382   383   384   385   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin