Məsələ №66 55 yaşında xəstə K. stasionara sanitar aviasiyasiyası vasitəsilə gətirilmişdir. Baxış zama-
nı: xəstənin ümumi vəziyyəti ağırdır, ağrılar olduğu üçün aktiv hərəkətlər çətinləşmişdir,
bədən temperaturu 38,30C. Ağrılar olduğu üçün ağzı pis açılır, dodaqların qırmızı ha-
şiyəsində çoxlu hemorragik qartmaqlar vardır. Qarnın dərisində, döş vəzilərinin altında-
kı büküşlərdə, qoltuqaltı çüxurlarda, qasıq-bud nahiyəsində üzəri çirkli ərplə örtülmüş
çoxlu geniş eroziyalar vardır; onların üstündə papilomatoz artımlar görünür. Zədələnmə
ocaqlarının periferiyası boyunca – sağlam dərinin fonunda qovuqlar, qovuqcuqlar vardır.
Nikolski simptomu müsbətdir.
1. Klinik diaqnozu qoyun.
2. Diaqnozu təsdiq etmək üçün hansı laborator müayinələri aparmaq lazımdır?
3. Differensial diaqnoz hansı xəstəliklərlə aparılmalıdır?
4. Müalicəni təyin edin.
Məsələ №67 Dermatoloqun qəbuluna üz dərisinin zədələnməsi şikayəti ilə 35 yaşlı kişi müraciət
etmişdir, peşəsi heyvandardır. Bir neçə gündür ki, xəstədir. Dermatoloji status: saqqal
nahiyəsində üz dərisində dairəvi formada zədələnmə ocağı vardır, o, çoxlu sayda irinli
qartmaqlarla birlikdə kəskin hiperemiyalıdır. Basdıqda follikullardan irin çıxır.
1. Güman etdiyiniz diaqnoz?
2. Diaqnozu təsdiq etmək üçün lazım olan müayinə metodlarını təyin edin.
3. Həkimin taktikası.
Məsələ №68 48 yaşlı xəstə şəkərli diabetdən əziyyət çəkir, hamama getdikdən bir neçə həftə sonra
qasıq nahiyəsində ləkələr şəklində səpgilər aşkar etmişdi ki, onların ölçüsü böyüməyə
başlamışdır və güclü tər ifrazından sonra qaşınmaya səbəb olurlar. Obyektiv olaraq: qa-
sıq, bud-xaya büküşlərində, budların daxili səthində iri, parlaq qırmızı rəngli ocaqlar
vardır, səthi hiepermiyalı, maserasiya olunmuşdur, azacıq qabarmış kənarları vardır,
qartmaqlar, qovuqcuqlar görünür. Zədələnmə ocaqlarından götürülmüş pulcuqarın la-
borator müayinəsi zamanı göbələk miselisinin sapları aşkar edilmişdir.
1. Güman etdiyiniz diaqnoz?
2. Hansı laborator müayinələri aparmaq lazımdır?
3. Müalicə planı.