Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə389/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   385   386   387   388   389   390   391   392   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №62
Həkimin qəbuluna qaşınma ilə müşayiət olunan səpgidən şikayətlənən 20 yaşlı xəstə 
daxil olmuşdur. 1 həftədir xəstədir. Birinci səpgilər gövdədə iri ləkə şəklində meyda-
na çıxmışdır. Hamamda çimdikdən sonra səpgilərin sayı sürətlə artaraq daha parıltılı 
oldu. Baxış zamanı: gövdənin dərisində və ətraflarda çoxlu sayda, ödemli, çəhrayı-sarı 
rəngli, mərkəzində azacıq qabıqverən, oval quruluşda, dərinin dartılma xətləri boyunca 
yerləşən ləkələr vardır.
1. Sizin güman etdiyiniz diaqnoz?
2. Hansı yerli müalicəni təyin edərsiniz?
Məsələ №63
Həkimin qəbuluna xəstə daxil olmuşdur, 2 gün əvvəl döş qəfəsinin sol hissəsində tut-
maşəkilli ağrılar ümumi zəiflik, qızdırma və baş ağrısı, döş qəfəsinin dərisində səpgilər 
meydana çıxmışdır. Xəstəni müayinə etdikdə: solda 4-5-ci qabırğarası boyunca erite-
matoz-infiltrativ fonda çoxlu sayda qrupşəkilli qovuqcuqlar nəzərə çarpır ki, onların da 
divarı gərgindir, içi şəffaf maye ilə doludur, diametrləri 2-4 mm ölçüsündədir.
1. Yuxarıda göstərilən simpomatika hansı xəstəlik üçün səciyyəvidir?
2. Hansı mütəxəssislərin məsləhətini almaq vacibdir?
Məsələ №64
Qəbula cinsiyyət üzvündə ağrılı eroziyalar olan xəstə daxil olmuşdur. Anamnezdən 
il ərzində belə dəyişikliklərin tez-tez baş verməsi aydın oldu. Baxış zamanı cinsiyyət 
üzvünün başında qrupşəkilli qovuqcuqlar və polisiklik quruluşda, dəqiq kənarları, pal-
pasiya zamanı yumşaq olan eroziyalar görünür.
1. Təsvir olunan klinik şəkil hansı xəstəlik üçün daha səciyyəvidir?
2. Xəstəyə hansı yerli işlədilən preparatları təyin etmək olar?
3. Xəstəliyin profilaktikasında tətbiq olunan vasitələri göstərin.


498
Məsələ №65
Klinikaya 19 yaşlı xəstə dirsək və dizaltı büküşlər nahiyəsində səpgilər və dərinin qaşın-
ması şikayəti ilə daxil olmuşdur. 6 aylığından xəstədir (anasının sözlərinə görə). Xəstəli-
yin residivləri şokolad, portağal, şirniyyat qəbulundan sonra baş verir. Obyektiv olaraq: 
dirsək, dizaltı büküşlərin üzərindəki dəri qurudur, lixenifisiyalıdır, hemorragik qartmaq-
lar, ekskoriasiyalar görünür.
1. Xəstəliyin diaqnozunu, klinik formasını və mərhələsini təyin edin.
2. Müayinə və ümumi müalicə planını təklif edin.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   385   386   387   388   389   390   391   392   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin