497
Məsələ №60
Angina ilə əlaqədar xəstəyə tetrasiklin təyin olunmuşdur ki, onu əvəllər də qəbul et-
mişdir. Müalicənin ikinci günü angina əlamətləri sönməyə başladı, ümumi əhvalı nor-
mallaşdı, temperatur aşağı düşdü, lakin dəridə çoxlu, çəhrayı ləkələr şəklində qaşınan
səpgilər əmələ gəlməyə başladı.
1. Sizin klinik diaqnoz?
2. Hansı müalicəni təyin edərsiniz?
3. Xəstəyə hansı tövsiyələri verərsiniz?
Məsələ №61
Qəbul şöbəsinə səpgilərin yaranması şikayəti ilə xəstə müraciət etmişdir, səpgilər qa-
şınma və iynə batırma hissiyyatı ilə müşayiət olunurdu.. Baxış zamanı: ağız bucağı na-
hiyəsində sağ tərəfdə eritematoz ödemli fonda qruplaşmış, xırda qovuqcuqlar (onların
içərisi şəffaf seroz möhtəviyyatla doludur) və xırda eroziyalar görünür.
1. Yuxarıda göstərilən klinik şəkil hansı xəstəlik üçün səciyyəvidir?
2. Müalicəni təyin edin.
Dostları ilə paylaş: