500
malikdir, lixenifikasiya nəzərə çarpır. Zədələnmə ocağının dərisi
şaqren şəklindədir,
3 zona ayırd olunur: mərkəzi - lixenifikasiyalı, orta – parıltılı
hamar səthə malik və
solğun-çəhrayı
rəngli papulalarla, periferik zona – hiperpiqmentasiyalıdır.
Kebner və
Auspits simptomu mənfidir. Uikhem toru müəyyən olunmur.
1. Sizin güman etdiyiniz diaqnoz?
2. Müalicə metodları.
Məsələ №73
17 yaşlı xəstə başın tüklü hissəsində, dirsək və diz oynaqları nahiyəsində ətrafların
dərisinin zədələnməsindən, zədələnmə ocaqlarında cüzi qaşınma və qabıqvermədən şi-
kayətlənir. Anamnezdən: dərinin zədələnməsi simptomları 6 ay əvvəl idman yarışların-
dan sonra meydana çıxmışdır. Ana və ata dermatoloji nöqteyi-cəhətdən sağlamdır. Əmisi
oğlunda gövdənin və ətrafların dərisində ilin qış fəslində dövri səpgilər yaranır.
Xəstə özbaşına «Kəpəyə qarşı» olan şampunla müalicə olunmuşdur, həmçinin
ətrafların zədələnmə sahələrinə 10%-li ixtiol məlhəmi sürtmüşdür – lakin effekt əldə
etməmişdir (yeni səpgi elementləri əmələ gəlmişdir). Dermatoloji status: başın tüklü his-
səsində, xüsusilə də hamar dəri ilə tüklərin sərhəddində, qulaq seyvanlarının arxasında,
dirsək və diz oynaqlarının açıcı səthlərində epidermal-dermal papulalar təyin olunur,
onlar parlaq-qırmızı rəngdədirlər, bərk konsistensiyalıdır, kəskin sərhədləri vardır, löv-
həciklər gümüşü-ağımtıl iri pulcuqlarla örtülmüşlər. «Stearin ləkəsi», Auspits və Pilnov
simptomları müsbətdir. Zədələnmə ocaqlarından götürülmüş yaxmaların göbələyə görə
müayinəsi – mənfidir (göbələk aşkar edilməmişdir!).
1. Sizin diaqnoz?
2. Bu diaqnzu hansı diaqnostik əlamətlərin əsasında qoymaq olar?
Dostları ilə paylaş: